Ən çox problem yaradan 5 yapon avtomobili - Onları almağa dəyməz

Bu gün, 16:18           
Yapon avtomobilləri adətən etibarlılığı ilə seçilsə də, bütün modellər üçün bu fikri söyləmək olmaz.

Valyuta.az xəbər verir ki, ABŞ-dakı "German Car Depot" servisinin sahibi və mexanik Alan Qelfand "GoBankingRates" nəşrinə açıqlamasında 2025-ci ildə alınması məsləhət görülməyən yapon ailə avtomobillərinin siyahısını təqdim edib.

Mitsubishi Outlander

Qelfandın sözlərinə görə, "Mitsubishi Outlander" ən etibarsız yapon krossoverlərdən biridir. Sahibləri tez-tez elektronika və transmissiya ilə bağlı nasazlıqlarla, həmçinin zəif yığılma keyfiyyəti ilə üzləşirlər. Bundan başqa, arxa görüntü kamerasının tez xarab olması və havalandırma sistemindən salona yanacaq qoxusunun sızması halları da müşahidə edilib.

Nissan Rogue

"Rogue" yanacağa qənaəti və praktikliyi ilə seçilsə də, onun CVT tipli transmissiyası etibarlılığı ilə bağlı ciddi tənqidlərə məruz qalır. Bəzi sahiblər mühərrik və elektronika problemlərindən də şikayətlənirlər. Əlavə olaraq, kondisioner, arxa kamera və alət paneli də tez sıradan çıxır.

Nissan Pathfinder

Geniş salona malik olan "Pathfinder" sükan idarəetməsi və asqı sistemi ilə bağlı problemlərə görə siyahıya düşüb. Ekspert bu model əvəzinə oxşar başqa yolsuzluq avtomobillərinə diqqət yetirməyi məsləhət görür.

Toyota RAV4 Prime

"Toyota RAV4" ümumilikdə etibarlı model sayılır, lakin qoşulan hibrid qurğu ilə təchiz olunan "Prime" versiyası tez-tez nasazlıqlarla üzləşir. Qelfand potensial alıcılara məhz standart hibrid versiyanı seçməyi tövsiyə edir.

Nissan Frontier

Orta ölçülü pikap kimi təqdim olunan "Frontier" də etibarlılıq baxımından problemlidir. Mexanikin sözlərinə görə, modeldə transmissiya və elektronika tez sıradan çıxır, bəzi hallarda sürətlər özbaşına dəyişir və qəfil dartılmalar baş verir.

Əlavə olaraq, "GoBankingRates" daha əvvəl ikinci əl bazarında da alınmaması məsləhət görülən modellərin siyahısını açıqlamışdı. Onların arasında "Toyota Tacoma" və "Chevrolet Suburban" da yer alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru