Hindistan ABŞ-nin rüsumlarından qorunmaq üçün Trampla əlaqəli lobbiçiləri cəlb edib

Bu gün, 16:38           
Hindistan ABŞ-nin rüsumlarından qorunmaq üçün Trampla əlaqəli lobbiçiləri cəlb edib
Hindistanın Vaşinqtondakı səfirliyi ölkədən ixracata 50 faizlik tarif qüvvəyə minmədən qısa müddət əvvəl ABŞ Prezidenti Donald Tramp Administrasiyası ilə sıx əlaqələri olan və xarici şirkətləri müdafiə edən təcrübəyə malik lobbi şirkətini cəlb edib.

Bu barədə "Bloomberg" agentliyi xəbər verir.

Sənəd ABŞ Ədliyyə Nazirliyinin rəsmi saytında dərc olunub.

Bildirilib ki, səfirlik "Mercury Public Affairs LLC" şirkətinə hökumət və media ilə əlaqələri təmin etdiyi üçün ayda 75 min dollar ödəyir. Şirkətin keçmiş həmsədri Ağ Evin aparat rəhbəri Syuzan Uaylsdır.

Xatırladaq ki, Tramp avqustun əvvəlində Hindistana əlavə 25 faiz rüsum tətbiq edilməsi barədə sərəncam imzalayıb və bununla da ABŞ-yə ixrac edilən Hindistan mallarına qarşı ümumi tarif 50 faizə çatacaq.

Donald Tramp
Hindistan












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru