Son 5 ildə sığorta şirkətləri nə qədər qazanıb?

Bu gün, 17:18           
Son 5 ildə sığorta şirkətləri nə qədər qazanıb?
2025-ci ilin yanvar-iyun aylarında ölkə üzrə sığorta şirkətlərinin topladığı ümumi sığorta haqları 817 milyon 048 min manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 91 milyon 886 min manat və ya 12,67% artım deməkdir.

2024-cü ilin ilk 6 ayında sığorta şirkətləri 725 milyon 162 min manat sığorta haqqı toplamışdı. 2023-cü ildə isə bu göstərici 648 milyon 945 min manat olub. Beləliklə, 2024-cü ildə əvvəlki illə müqayisədə 76 milyon 217 min manat və ya 11,74% artım qeydə alınıb.

2022-ci ilin yanvar-iyun aylarında sığorta şirkətləri 491 milyon 605 min manat sığorta haqqı toplayıb. 2023-cü ildə bu rəqəm 157 milyon 340 min manat və ya 32% artaraq 648 milyon 945 min manata yüksəlib.

2021-ci ildə ümumi sığorta haqları 452 milyon 366 min manat olub. 2022-ci ildə bu göstərici ilə müqayisədə 39 milyon 239 min manat və ya 8,67% artım qeydə alınıb.

2020-ci ildə isə sığorta haqları 406 milyon 400 min manat təşkil edib. 2021-ci ildə bu rəqəmlə müqayisədə 45 milyon 966 min manat və ya 11,36% artım baş verib.

Ümumilikdə son 5 ildə (2021-2025) sığorta şirkətlərinin topladığı sığorta haqları 364 milyon 682 min manat və ya 80,6% artaraq 452 milyon 366 min manatdan 817 milyon 048 min manata yüksəlib.

Qeyd edək ki, bu müddət ərzində bazarda fəaliyyət göstərən şirkətlərin sayında azalma müşahidə olunub. 2021-ci ildə 20 sığorta şirkəti fəaliyyət göstərirdisə, 2022-ci ildə onların sayı 19-a, 2023-cü ildə 18-ə, 2024 və 2025-ci illərdə isə 16-ya enib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru