Tramp: "Kim Çen Inı hamıdan yaxşı tanıyıram"

Bu gün, 16:24           
Tramp: "Kim Çen Inı hamıdan yaxşı tanıyıram"
ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla gələcəkdə görüşəcəyinə ümid edir.

TASS xəbər verir ki, bunu ABŞ prezidenti Ağ Evdə yeni fərmanların imzalanması mərasimində jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Mənim Kim Çen Inla çox yaxşı münasibətim var. Mən onu demək olar ki, hamıdan yaxşı tanıyıram, yalnız bacısı istisna olmaqla. Bacısı onu çox yaxşı tanıyır. Mən onunla çox yaxşı anlaşıram, aramızda heç bir problem olmayıb", - deyə Tramp vurğulayıb.

ABŞ prezidenti əlavə edib ki, Vaşinqton Şimali və Cənubi Koreya arasında gərginliyin azaldılmasına çalışacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru