ABŞ Çin və Rusiya ilə birlikdə nüvə silahlarının sayını azaltmaq istəyir

Bu gün, 16:08           
ABŞ Çin və Rusiya ilə birlikdə nüvə silahlarının sayını azaltmaq istəyir
ABŞ Rusiya ilə birlikdə nüvə silahlarını daha da azaltmağa, eyni zamanda Çini bu prosesə cəlb etməyə çalışır.

TASS-ın verdiyi xəbərə görə, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə yeni fərmanların imzalanması mərasimində jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, ən çox nüvə silahına malik ölkə Amerika Birləşmiş Ştatlardır, Rusiya ikinci, Çin isə üçüncü yerdədir.

Trampın proqnozuna əsasən, Çin beş ildən sonra strateji nüvə silahlarının sayına görə ABŞ ilə bərabərləşəcək.

O, bu barədə Alyaskada rusiyalı həmkarı Vladimir Putin ilə danışdığını əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru