"Apple" üç il ərzində inqilabi "iPhone" modelləri təqdim edəcək
Dünən, 16:58

"Apple" yaxın üç ildə "iPhone" xəttində böyük dəyişikliklərə imza atmağı planlaşdırır.
Bu barədə "Bloomberg"in analitiki Mark Qurman məlumat verib.
İlk mərhələdə artıq bu ilin sentyabrında "iPhone 17 Air" təqdim olunacaq. Bu model "iPhone 16 Plus"un varisi kimi nəzərdə tutulur və ultra nazik, minimalistik quruluşu ilə seçiləcək. Qurğuda yalnız bir arxa kamera, "Apple" istehsalı modem, kiçildilmiş akkumulyator və yalnız eSIM dəstəyi olacaq.
2026-cı ildə şirkət V68 kod adı altında ilk qatlanan smartfonunu çıxarmağı hədəfləyir. Dörd kameralı cihaz həm daxili, həm də xarici ekran üzərində sensorlarla təchiz ediləcək. Yeni modeldə "Apple C2" modemi və təkmilləşdirilmiş in-cell displey texnologiyası istifadə olunacaq ki, bu da sensor həssaslığını artıracaq və qat yerindəki izlərin görünməsini minimuma endirəcək.
2027-ci ildə isə şirkət yubiley münasibətilə "iPhone 20"ni təqdim etməyi planlaşdırır. Qurmanın sözlərinə görə, cihaz tamamilə yenilənmiş dizayna sahib olacaq – əyilmiş şüşə korpus və iPhone tarixində ən radikal dəyişikliklərdən biri ilə bazara çıxacaq.