Deputatın azərbaycanlı köməkçisinin "prava"sı əlindən alındı

Bu gün, 00:11           
Deputatın azərbaycanlı köməkçisinin "prava"sı əlindən alındı
Rusiyada “hər şeyi həll edən şəxs” kimi tanınan Vüqar Hüseynovun (digər adı Ruslan) bir çox epizodları üzə çıxıb. O, özünü Rusiya FTX-nin CA əməkdaşı kimi təqdim etsə də, əslində Dövlət Dumasının deputatı, keçmiş KQB–FTX əməkdaşı Sergey Kotkinin köməkçisidir.

Lent.az yerli mediaya istinadla bildirir ki, azərbaycanlı Hüseynov “İnqosstrax” rəhbərliyi üçün məsələni “həll etməyi” öz üzərinə götürüb. Şirkət zərərçəkmişə sığorta ödənişini vermək istəmirdi. Vüqar (Ruslan) və onun ortağı, hazırda XİD kapitanı olan Andrey Şçerbakov prokurorluqda məsələni “həll etməyi” təklif ediblər. Onlar pulu alsalar da, prokurorluqda sözügedən problemi yoluna qoya bilməyiblər.

Bu hadisədən sonra Andrey özünə avtomobil, Vüqar isə atasının adına mənzil alıb.

Yaxınlarda isə Hüseynov BMW markalı avtomobilində Böyük Lubyanka küçəsində xüsusi siqnal və işıqlardan icazəsiz istifadə etdiyi üçün sürücülük hüququndan məhrum edilib. Moskva FTX idarəsinin binası qarşısında DYP əməkdaşları onu saxlayaraq xüsusi avadanlıqları söküblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru