"TikTok" süni intellektə üstünlük verərək, Böyük Britaniyada kontentin moderasiyası şöbəsinin yüzlərə əməkdaşını ixtisar edir.
Bu barədə "The Wall Street Journal" nəşri xəbər verir.
İxtisarlar əsasən Böyük Britaniyada yerləşən 2 500 nəfərlik komandaya təsir edəcək, eyni zamanda Cənubi və Cənub-Şərqi Asiyadakı əməkdaşlar da bundan yan keçməyəcəklər.
İşdən çıxarılan əməkdaşların dəqiq sayı açıqlanmasa da, mənbələr bunun yüzlərlə olduğunu bildirirlər.
"TikTok" daha əvvəl açıqlamışdı ki, onun qaydalarını pozan məzmunun 85%-dən çoxu süni intellekt tərəfindən müəyyən edilir və silinir.