Kriptovalyuta müqabilində göz bəbəyinin skanerlənməsi: "OpenAI"ın rəhbəri tərəfindən yeni layihə

2-05-2025, 12:47           
Kriptovalyuta müqabilində göz bəbəyinin skanerlənməsi: "OpenAI"ın rəhbəri tərəfindən yeni layihə
"OpenAI" şirkətinin baş direktoru Sem Altmanın rəhbərlik etdiyi və əvvəl "Worldcoin" kimi tanınan "World" layihəsi ABŞ-də yenidən aktivləşib. Layihənin məqsədi insanların göz bəbəklərinin skaner vasitəsilə unikal rəqəmsal şəxsiyyət identifikatoru yaratmaqdır. Bu identifikatorla istifadəçilər müxtəlif platformalara daxil ola biləcəklər.

Bu barədə CNBC xəbər yayıb.

"Orb" adlı cihazla üz, həmçinin göz bəbəyi skanerdən keçirilir və "IrisCode" adlı xüsusi kod yaradılır. Verifikasiya keçənlərə "World" (WLD) kriptovalyutası verilir.

Hazırda "Minecraft", "Reddit", "Telegram", "Shopify" və "Discord" bu sistemi dəstəkləyən platformalar arasındadır.

Verifikasiya mərkəzləri Ostin, Atlanta, Los-Anceles, Neşvill, Mayami və San-Fransiskoda açılıb.

Layihə, həmçinin "Visa" ilə əməkdaşlığa başlayıb və yayda "World Visa" adlı yeni kart buraxmağı planlaşdırılır.

"Tinder" tanışlıq platforması isə yaş yoxlanışı üçün "World ID"dən istifadəni sınaqdan keçirəcək.

Layihəni Altmanın yaratdığı "Tools for Humanity" startapı hazırlayıb.

Şirkət 140 milyon dollardan çox sərmayə cəlb edib və bir milyard dollar dəyərində qiymətləndirilib.

Hazırda 26 milyon qeydiyyatdan keçmiş istifadəçi var, onlardan 12 milyonu artıq biometrik verifikasiyadan keçib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru