Gündə bir alma immun sistemini möhkəmləndirə bilər

5-06-2025, 11:08           
Gündə bir alma immun sistemini möhkəmləndirə bilər
Alma C vitamini və antioksidantlarla zəngin olduğu üçün gündəlik istehlak immun sisteminin güclənməsinə kömək edir.
Bu barədə dietoloq Olqa Dekker “AiF” portalına danışıb.
Onun sözlərinə görə, almanın tərkibindəki pektin maddəsi bağırsaq mikroflorasını balanslaşdıraraq ümumi sağlamlığı dəstəkləyir. “Alma qanda xolesterin səviyyəsinin azalmasına və ürək-damar sisteminin qorunmasına da töhfə verir”, – deyə mütəxəssis bildirib. Dekker qeyd edib ki, xüsusilə mövsümündə yığılan, dərisi ilə birlikdə yeyilən almalar daha faydalıdır.
Almanı səhərlər və ya qəlyanaltı vaxtı qəbul etmək, şəkərin və enerjinin təbii şəkildə artmasına səbəb olur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru