Fitoterapevt: Nanə çayı günün stresini azaltmağa kömək edir

5-06-2025, 12:08           
Fitoterapevt: Nanə çayı günün stresini azaltmağa kömək edir
Nanə çayı sinir sistemini sakitləşdirir və axşam saatlarında rahat yuxuya kömək edir.
Bu barədə fitoterapevt İrina Şarqorodskaya “MedikForum” saytına açıqlamasında danışıb.
Onun sözlərinə görə, nanənin tərkibindəki mentol maddəsi əzələləri rahatladır və zehni sakitləşdirir. “Axşam saatlarında içilən isti nanə çayı yuxuya getməni asanlaşdırır, eyni zamanda mədə-bağırsaq sisteminə də yaxşı təsir edir”, – deyə o bildirib.
Şarqorodskaya əlavə edib ki, nanə çayı təzyiqi azca sala bildiyi üçün hipertoniyası olan insanlara da uyğun içkidir. Mütəxəssis bu çayın gündə bir-iki fincan içilməsini məsləhət görür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru