Uzunmüddətli SUSQUNLUĞUN təhlükəli nəticələri - Həkimdən xəbərdarlıq

5-06-2025, 16:26           
Uzunmüddətli SUSQUNLUĞUN təhlükəli nəticələri -
Öz istəyi ilə uzun müddət danışmamaq insan beyninə mənfi təsir göstərə bilər.

NEWS.ru- nun verdiyi məlumata görə, bu barədə rusiyalı patofizioloq Sergey Stepanov xəbərdarlıq edib.

Mütəxəssisin sözlərinə görə, belə "susqunluq" beyində nitqə cavabdeh olan qabıq nahiyəsinin funksiyalarının zəifləməsinə səbəb olur:

"Uzun müddət danışmamaq, beynin nitq funksiyasına cavabdeh olan qabıq hissəsinin fəaliyyətinin zəifləməsinə gətirib çıxarır. Bu zaman həmin nahiyədəki neyronlar arasındakı əlaqələr zəifləyir və insan əvvəlki kimi səlis danışmaqda çətinlik çəkir".

Bununla belə, həkim qeyd edib ki, danışmağa yenidən başladıqda bu əlaqələr zamanla bərpa olunur və nitq normal vəziyyətinə qayıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru