Arıqlama iynələrinin hansı ziyanları var?

6-06-2025, 15:24           
Arıqlama iynələrinin hansı ziyanları var?
Amerikanın “The Wall Street Journal” qəzeti “Ozempic” və buna bənzər arıqlama iynələrinin təkcə diabet və piylənmə üçün deyil, ürək, qaraciyər, artrit, yuxu apnesi və Alzheimer kimi bir çox xəstəlik üçün kömək etdiyini yazlb.

Demokrat.az xəbər verir ki, bununla belə, mütəxəssislər xəbərdarlıq edir. Bu dərmanlardan şüursuz istifadə qidalanmaya və ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Mütəxəssislər bildirir ki, bu dərmanlar tibbi baxımdan uyğun olmayan insanlarda istifadə edilərsə, əzələ itkisi və qida çatışmazlığı kimi problemlər yarada bilər.

Dərmanlar tiroid xərçəngi, bəzi baş və boyun şişləri olan insanlar və pankreatit keçirmiş xəstələr üçün təhlükəlidir. Bu səbəbdən, Amerika səhiyyə orqanları tez-tez bu dərmanların yalnız "tibbi göstərişi" olan insanların istifadə edilməli olduğunu vurğulayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru