RUS AVİASİYASI BELƏ MƏHV EDİLİB - Yeni görüntülər yayımlandı + VİDEO

Dünən, 10:28           
RUS AVİASİYASI BELƏ MƏHV EDİLİB -
Ukrayna Rusiyanın strateji bombardman donanmasına qarşı həyata keçirdiyi tarixi dron hücumunun görüntülərini yayıb.

"AzPolitika" xəbər verir ki, Ukrayna Kəşfiyyat Xidməti (SBU) tərəfindən təşkil edilən əməliyyatda ümumilikdə 117 kamikadze dron istifadə olunub. Hücum Rusiyanın dörd müxtəlif bölgəsindəki hava bazalarını hədəf alıb.

Yayımlanan görüntülərdə dronların havada spiral hərəkət edərək "Tu-95MS" və "Tu-22M" strateji bombardman təyyarələri ilə "A-50" casus təyyarələrinə çırpıldığı və partladığı görünür. Hücum sonrası pistdə yanar vəziyyətdə qalmış təyyarə qalıqları diqqət çəkir.

Əməliyyatın ən diqqət çəkən tərəfi isə dronların Rusiya əraziisnə necə çatdırılması olub. Normal yük konteynerləri içində yük maşınları ilə daşınan dronlar, rus hava bazalarının yaxınlığında park edilib.

Çərşənbə günü yayımlanan görüntülərdə, yük maşını sürücülərinin konteynerləri baza yaxınlığında xəbərsiz şəkildə qoyduğu müşahidə olunub. Konteynerlərin qapaqları açıldıqdan sonra dron sürüləri çıxaraq hədəflərinə doğru yönəlib.

Hücumda məhv edilən 41 təyyarənin Rusiyaya təxminən 7 milyard dollar zərər vurduğu düşünülür.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.