Alimlər təhlükəli və simptomsuz qaraciyər xəstəliyinin artması narahatdır

Bu gün, 09:34           
Alimlər təhlükəli və simptomsuz qaraciyər xəstəliyinin artması narahatdır
Beynəlxalq ekspertlər qrupu, milyonlarla insanın xəbəri olmadan daşıdığı və vaxtında müdaxilə imkanını əldən verdiyi ciddi bir sağlamlıq probleminə diqqət çəkib. Onların fikrincə, 2027-ci ilə qədər metaboliklə əlaqəli steatohepatitin (MAS) diaqnostikasının səviyyəsi ikiqat artırılmalıdır.

Bu barədə məqalə "The Lancet Regional Health” (LRH) jurnalında dərc olunub.

Dünyada yetkin əhalinin üçdə birindən çoxu metaboliklə əlaqəli qaraciyər piylənməsi xəstəliyindən əziyyət çəkir. Bu xəstələrin təxminən 5 faizində isə xəstəliyin ağır forması – metaboliklə əlaqəli steatohepatit inkişaf edir. Xəstəlik uzun müddət simptomsuz davam edir və yalnız son mərhələdə qaraciyər sirrozu və ya xərçəngə çevrilə bilər. Xüsusilə 2-ci tip şəkərli diabet, piylənmə və digər metabolik pozuntuları olan insanlar risk altındadır.

Tədqiqatçılar qeyd edirlər ki, artıq ilkin tibbi yardım səviyyəsində risk qrupuna aid şəxslərin aşkar olunması üçün effektiv, qeyri-invaziv diaqnostika metodları və süni intellekt texnologiyaları mövcuddur. Bundan əlavə, yeni dərman vasitəsi də təsdiqlənib, lakin vaxtında diaqnostika aparılmazsa, xəstələr bu müalicə imkanından yararlana bilməyəcəklər.

Ekspertlər risk qrupları üçün skrininq tədbirlərinin həyata keçirilməsini, illik tibbi müayinələrə qaraciyər testlərinin daxil edilməsini, sığorta ödəniş siyasətinin yenidən nəzərdən keçirilməsini və terapevtlər, endokrinoloqlar, kardioloqlar və pasiyent təşkilatları arasında əməkdaşlığın gücləndirilməsini vacib hesab edirlər.

Aparıcı müəllif, professor Ceffri Lazarus bildirib: "MAS ilə mübarizənin gələcəyi yalnız müalicədə deyil, profilaktikadadır. Biz xəstələri erkən mərhələdə tapmalıyıq ki, xəstəliyin gedişatına təsir etmək mümkün olsun”.

Lazarus və həmkarları xəstəliyin reyestrinin yaradılmasını, həkimlərin ixtisas səviyyəsinin artırılmasını, ilkin səviyyədə avtomatik diaqnostikanın tətbiqini və icma səviyyəsində tibbi yardımın genişləndirilməsini tövsiyə edirlər.

Qeyd olunur ki, xroniki qaraciyər xəstəlikləri hələ də qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair qlobal proqramlara daxil edilməyib. BMT-nin qeyri-infeksion xəstəliklərlə bağlı iclasına cəmi dörd aydan az vaxt qalır və alimlərin fikrincə, qaraciyər xəstəliyinin bu qlobal gündəmə salınması üçün indi ən münasib zamandır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.