Bu qablar xərçəng yaradır - XƏBƏRDARLIQ

7-06-2025, 09:44           
Bu qablar xərçəng yaradır - XƏBƏRDARLIQ
İsti içkiləri karton stəkanla içmək sağlamlıq üçün təhlükəlidir.

Kardioloq V. Özlem Bozkaya bildirib ki, bir çox insanın sağlam sayaraq istifadə etdiyi karton stəkanlar əslində mikroplastik və toksik maddələrlə orqanizmə zərər verir.

Həkimin sözlərinə görə karton stəkanların içi su keçirməsin deyə polietilen və ya polipropilen adlı plastiklərlə örtülür. İsti içkilərlə təmas zamanı bu maddələrdən mikroplastiklər qoparaq çay və ya qəhvənin içinə keçir. Araşdırmalar göstərib ki, 85-90 dərəcəlik isti içkidə dəqiqədə 25 minədək mikroplastik qopa bilər.

Bozkaya xəbərdarlıq edib ki, bu mikroplastiklər illər ərzində bədəndə toplanaraq hormonal pozğunluq, sonsuzluq, depressiya, yorğunluq, immunitetin zəifləməsi, xərçəng, demans və Alzheimer kimi ciddi xəstəliklərə yol aça bilər. Ucuz kartonlarda hətta qurğuşun və digər ağır metalların da olduğu bildirilir.

Mütəxəssis vətəndaşlara isti içkiləri şüşə və ya paslanmayan metal termoslardan içməyi tövsiyə edib və karton stəkanlardan uzaq durmağı məsləhət görüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru