Azərbaycanda güclü zəlzələ gözlənilir? VİDEO

7-06-2025, 10:58           
Azərbaycanda güclü zəlzələ gözlənilir?  VİDEO
Bir neçə gündür ölkənin müxtəlif bölgələrində - Lerikdə, Xəzər dənizində, Şamaxıda, Xızıda - yeraltı təkanlar qeydə alınır.

Bu gün də Pirqulu stansiyasından 15 km şimal-şərqdə Şamaxı və Xızı rayonlarında 3.6 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Respublİka Seysmoloji Xİdmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələ episentrdə 4 bal, Şamaxı və Xızı rayonlarının episentrə yaxın yaşayış məntəqələrində 4.3 bala qədər hiss olunub. Yerli vaxtla 10:18-də qeydə alınmış yeraltı təkanların ocağı 5 km dərinlikdə yerləşib.

Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlinin sözlərinə görə, bu təkanları müsbət hal kimi dəyərləndirmək lazımdır:


"Əhali narahat olmasın, xırda təkanlı zəlzələlər ola bilər. Müsbət hal odur ki, enerji boşalması gedir. Bu da onu göstərir ki, güclü zəlzələdən söhbət gedə bilməz".

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru