Uşaqlar arasında rəqabəti necə azaltmalı? - Psixoloqun tövsiyələri
Bu gün, 12:18
Uşaqların valideynlərinin diqqətini öz üzərlərinə çəkmək üçün apardıqları rəqabət ailələrin ümumi problemdir. Bu, qısqanclıqda, mübahisələrdə və hətta bütün diqqəti özünə çəkmək istəyində özünü göstərə bilər.
Kp.ru xəbər verir ki, psixoloq Ekaterina Komarova valideynlərə bu vəziyyətin öhdəsindən gəlməyə kömək edəcək fənd tövsiyə edib.
Psixoloq vurğulayıb ki, hər uşağa ayrıca vaxt ayırmaq, onlar arasında yaranan bu rəqabəti aradan qaldırmağa qadirdir.
Mütəxəssis bildirib ki, uşaqlara "mən sizi eyni dərəcədə sevirəm" demək effektiv deyil. Onun əvəzində "Mən səni böyük övladım, səni isə kiçik övladım kimi sevirəm" demək daha yaxşı nəticə verir.
"Bundan əlavə, uşaqlar arasında mübahisə zamanı kiminsə tərəfini tutduqda, münaqişə daha da uzanır. Bir uşaq valideynin dəstəyini hiss edəcək, digəri isə - inciklik, ədalətsizlik və qəzəb. Valideynlər uşaqlar arasında günahkar axtarmaqdan çəkinməlidirlər", - deyə Ekaterina Komarova bildirib.