Elmi Tədqiqat Tibbi Bərpa İnstitutundakı 268 min manatlıq "alış-veriş" ləğv edildi
Bu gün, 12:14
"Azərbaycan Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu" publik hüquqi şəxsin elan etdiyi “Tibbi avadanlıqların təmiri xidmətləri”nin satın alınması üzrə tender proseduru təchizatçı sayının azlığı səbəbindən ləğv edilib.
32gun.az xəbər verir ki, tenderin ləğv olunmasına səbəb kimi bu göstərilib: “Satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.”
Ləğv edilən tenderin ehtimal olunan dəyəri 268.966,25 AZN təşkil edirdi.
Xatırladaq ki, ötən ilin əvvəlində Mətanət Tələt qızı Əfəndiyeva Səhiyyə Nazirliyinin əmri ilə Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna direktor təyin olunmuşdu.