Tanınmış şirkətdə 2 milyonluq yeyinti: 3 qadına cinayət işi açılıb - TƏFƏRRÜAT

Bu gün, 12:13           
Tanınmış şirkətdə 2 milyonluq yeyinti: 3 qadına cinayət işi açılıb - TƏFƏRRÜAT
"Silk Row Travel” turizm şirkətinin üç xanım əməkdaşı cinayət məsuliyyətinə cəlb edilib.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, E.Zeynalova, L.Resetova və M.Yusubova vəzifə cinayətlərində ittiham olunurlar.
Onların işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunub. E.Zeynalova və L.Resetovaya qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı), M.Yusubovaya isə 313-cü maddə ilə ittiham irəli sürülüb. Cinayət nəticəsində şirkətə 2 milyon manatlıq maddi ziyan dəyib. Prokurorluq həmin məbləğin 1 milyon manatını ilkin istintaq mərhələsində ödətdirib.
Təqsirləndirilən şəxslər isə həbsdə deyil. Onlar barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Elan olunmuş ittihamların sanksiyasında 14 ilə kimi həbs var. Amma dəymiş ziyanın ödənilməsi yaxında başlayacaq məhkəmə araşdırmasında yumşaldıcı hal hesab edilə bilər.
Qeyd edək ki, "Silk Row Travel” ölkənin aparıcı turizm şirkətlərindən biridir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru