Edqar Keysi "Yer oxundan çıxır, fəlakət yaxınlaşır, yalnız bir yer xilas olacaq"

28-11-2016, 07:51           
Edqar Keysi  "Yer oxundan çıxır, fəlakət yaxınlaşır, yalnız bir yer xilas olacaq"
"Yaponiya sular altında qalacaq, Avropanın quruluşu dəyişəcək, xilas Rusiyadan başlayacaq".
Bu sözlərin müəllifi Edqar Keysi 1877-ci il martın 18-də ABŞ-ın Kentucky ştatında anadan olub. 1945-ci il 3 yanvar tarixində isə Virciniyada vəfat edib. İnsanlar Nostradamus, Vanqa, Messinq haqda çox eşidiblər. Belə şəxslərdən biri də Edqar Keysidir. O, öncəgörmələri ilə çox məşhurdur və bir sıra proqnozu dəqiqliklə yerinə yetib. Bəzən belə insanlara çətinliklə inanılır. Lakin ABŞ-da Atlantika Universitetində və Virciniya Tədqiqatlar və Maarif Assosasiyasının bazasında Edqar Keysinin irsini öyrənirlər. Onun 14306 öncəgörməsi var.
teref.az yazır ki, Publika.az fenomen insanlardan olan E.Keysinin öncəgörmələrini təqdim edir.
E.Keysinin verdiyi bir çox proqnozlar doğru çıxıb. Vaxtilə elmi dairələr ona inanmırdılar. Lakin onun klinikası qarşısında insanların uzun növbələri elmi dairələrin də fikirlərini dəyişdirdi.
Amerika həkimləri həmkarlar ittifaqının katibi Con Blekbern Keysinin fəaliyyəti ilə maraqlanır və onun seanslarını təşkil edirlər. Belə seanslarda həkimlər həm suallar verir, həm də onun diaqnozlarını yoxlayırdılar. Nəticədə, Keysinin qabiliyyəti qəbul olundu və ona rəsmən "zehni konsultasiya" verməyə icazə verildi. Tibb ilk dəfə fövqəltəbii qabiliyyəti tanıdı.
Tarixçi Marqarita Volkov yazırdı ki, Keysi həqiqətən də diaqnoz qoymaq və buna uyğun müalicə yazmaq bacarığına sahib idi.
E. Keysi öncəgörmələrini hipnoz vəziyyətdə olanda deyirdi. Təsadüfi deyil ki, onu "yatan kahin" adlandırırdılar.
O, "20-ci illərdə ABŞ-da iqtisadi böhran olacaq" proqnozunu verdi və 1929-cu ildə belə bir böhran baş verdi. Amerika qorxunc xaos yaşadı, işsizlik, yoxsulluq, iqtisadi depressiya başladı.
Keysi öncəgörmələrində hadisələrin xırda detallarına qədər danışırdı. Misal üçün, 1933-cü ildə fond birjasının iflasını, 1939-cu ildə II Dünya Müharibəsinin başlanacağını, İsrail və Hindistanın müstəqillik əldə edəcəyini öncədən detallarına qədər bildirmişdi.
Keysi XX əsrin sonunda Böyük Britaniyada qadının baş nazir olacağını da demişdi. Həqiqətən də dediyi vaxt Marqareta Tetçer baş nazir oldu. O, XX əsrin sonunda həm də Çinin iqtisadi inkişafı haqda danışmışdı. Deyilən vaxt Çin iqtisadiyyatı 10 dəfə artdı. Onun dünyadakı kataklizmlər, qütblərin dəyişməsi, geoloji tərpənmələr barəsində dediklərinin bəziləri artıq gerçəkləşib.
E Keysinin bioqrafı Mark Tertson deyir: "O, Yer kürəsinin dəyişikliyi haqda qabaqcadan xəbər verdi. Ən əhəmiyyətli məsələlərdən biri də Yer kürəsinin fırlanma oxunun dəyişəcəyi haqdadır. Bu planetimiz üçün qəza deməkdir. Onun öncəgörmələrinə görə, Yaponiya su altında qalacaq, Avropanın geoloji quruluşu dəyişəcək".
Edqar Keysinin Yer kürəsinin gələcəyi haqda öncəgörmələri: "Yer kürəsi Amerikanın qərb hissəsində doğranacaq. Yaponiyanın çox hissəsi dənizin altında qalacaq. Avropanın yuxarı hissəsi bir göz qırpımında dəyişəcək. Torpaqlar Amerikanın şərq sahilində çıxacaq. Arktika və Antarktidada dəyişikliklər olacaq, isti ərazilərdə vulkanlar püskürəcək və qütblər yerindən oynayacaq. Soyuq və ya subtropik iqlim daha çox tropik olacaq, orada mamırlar artacaq. Bu dəyişiklik "58-ci ildən 98-ci ilə qədər başlanacaq".
Bu, iki tarixdən biri Keysinin dediyi fəlakətlərin başlandığı tarixdir. Dünya hər iki tarixi geridə qoyub, Keysiyə inansaq deməli fəlakət yaxınlaşır.
Yer kürəsində dəyişiklik nə vaxt olacaq?
"Cənub dənizində birinci kataklizm olanda və enmələr müşahidə olunmağa başlayanda Yer kürəsinin əks hissəsində - Aralıq dənizində, Etna ərazisində (Siciliyada yerləşən vulkan) bu, başlanğıc olacaq", - deyə Keysi gələcək fəlakətlərdən xəbər verir.
Onun öncəgörməsinə görə, Qərbi Sibir dünyanın xilas olacağı yerdir və yeni Nuh gəmisi məhz bura çıxacaq.
"Kommunizm, yaxud biolşevizm adlanan sistemlə Rusiyadan dünyaya ümid gəlməyəcək. Yalnız azadlıq, azadlıq! Hər bir insan öz yoldaşı üçün yaşayacaq. Bu prinsip öz təsdiqini tapıb. Onun kristallaşması üçün illər keçəcək və Rusiyadan dünyaya yeni ümid doğacaq. Slavyan xalqlarının missiyası insan münasibətlərinin mahiyyətinin dəyişdirilməsi, eqoizm və maddi ehtiraslardan azad etməkdir".
E. Keysiyə görə, dirilən svilizasiyanın mərkəzi Qərbi Sibir olacaq.
"Qərbi Sibirdə artıq təmiz enerji yığılır. Bu enerji təbii fəlakətlərin və energetika kataklizimlərinin Yer kürəsini dağıtmasının qarşısını alacaq. Qərbi Sibir demək olar ki, sağ-salamat qalacaq. Yeni Nuh gəmisi olacaq", - deyə o, gələcəyi belə oxuyur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.