Rövşən Lənkəranskinin ölümünün səbəbi — QATİL və SİFARİŞÇİ BƏLLİDİR

3-12-2016, 00:24           

Türkiyədə öldürülən qanuni oğru Rövşən Lənkəranskinin qətlinin yeni detalları açıqlanıb.

Ölkə.Az xəbər verir ki, rusiyalı əməliyyatçılar Türkiyənin İstanbul şəhərində qətlə yetirilmiş nüfuzlu qanuni oğru Rövşən Caniyevin ölüm işinin motivini müəyyənləşdiriblər. Aydın olub ki, bu qətl hadisəsi Moskvada nüfuzlu iş adamı Cambulat Şamil oğlunun aradan götürülməsi ilə birbaşa əlaqəlidir.

Hüquq mühafizə orqanlarından "Rosbalt" informasiya agentliyinə məlumat sızdırılıb ki, Rövşən Canıyevin qətli Rusiya kriminal aləmində qüvvələrin qruplaşmasına təsir edib. Bu səbəbdən rusiyalı xəfiyyələr istintaqa başlayıblar. Operativ əməliyyatlar nəticəsində cinayətin üstü açılıb.
Rövşən Lənkəranskinin ölümünün səbəbi — QATİL və SİFARİŞÇİ BƏLLİDİR
Cambulat Şamil oğlunun güllələnməsi işi üzrə aparılan istintaq müəyyən edib ki, bu cinayət qanuni oğru Lənkəranskinin silahlılarından iki nəfər muzdlu qatil tərəfindən həyata keçirilib. Xəfiyyələr eyni zamanda müəyyən ediblər ki, Cambulatın ölüm fərmanı onunla münaqişədə olan Lənkəranski tərəfindən imzalanıb.

Cambulatın qohumları və silahdaşları da araşdırma zamanı bu qənaətə gəliblər. Nəticədə Lənkəranskidən intiqam almaq üçün ölüm hökmü çıxarılıb. Amma bu qətli yerinə yetirmək üçün Şamil oğlunun Vaqif ləqəbli qanuni oğru Vaqif Süleymanov və Rəşad Gəncinski ləqəbli Rəşad İsmayılovun dəstəyinə ehtiyacı olub. Adları çəkilən qanuni oğrular isə kriminal dünyada Lotu Quli ləqəbi ilə məşhur olan Nadir Səlifovun dəstəsində yer alır. Vaqif və Rəşad Caniyevin ölümündə təkcə Cambulatın qisasını almaq məsələsində yox, bir sıra bazarlara nəzarət etmək işində də maraqlı olublar.

Belə böyük bir dəstək nəticəsində qanlı qisas İstanbul şəhərində baş tutub. Xatırladaq ki, 2016-cı ilin 18 avqust tarixində Caniyev İstanbul otellərinin birinin restoranında dəstəsinin üzvləri ilə görüş keçirib. Qanuni oğrunun avtomobili oteldən aralananda silahlı hücuma məruz qalmışdı. Hücum nəticəsində Lənkəranski və onun sürücüsü qətlə yetirilmişdi. 19 avqust tarixində Rövşənin nəşi Lənkərana gətirilərək dəfn edilmişdi.

Cambulat Şamil oğlu bu hadisədən 5 ay əvvəl Moskvada qətlə yetirilib. 16 mart tarixində, gecə saatlarında o, Slavyan bulvarında yerləşən evinin yeraltı qarajında öldürülüb. Qarajdan mənzilə açılan lift həmən gecə işləməyib. Əməliyyatçıların fikrinə görə, liftin fəaliyyəti qatillər tərəfindən dayandırılıb. Cambulat küçəyə çıxaraq piyada binaya keçmək istəyib. Bu zaman ona hücum edən cinayətkar tapancadan atəş açıb. Aldığı yaralardan Şamil oğlu ölüb.

Şamil oğlu göyərti biznesi sahəsində önəmli şəxslərdən sayılırdı. O, bazar, yarmarka, mağaza və restoranlara göyərti tədarükündə monopolist sayılırdı. Paytaxt piştaxtalarında satılan hər göyərti dəstəsi onun əlindən gəlib keçirmiş.

Moskva regionunun nəhəng göyərti bazası uzun müddət imiş ki, qanuni oğru Rövşən Lənkəranskinin nəzarəti altında olub. Bazaya nüfuzlu iş adamları, xüsusən də Cambulatın aldığı göyərti dolu bütün yük maşınları cəlb edilirdi. Topdan tədarükçülər qanuni oğruya hər maşına görə 100 min rubl, sutkalıq ticarət üçün də başqa məbləğ ödəmək məcburiyyətində olublar.

Amma Vaqif Süleymanov və başqa bir neçə oğru da bu məbləğə göz dikib. Onlar bu biznesi Rövşənin əlindən almaq üçün əməliyyata başlayıblar. Əsas məsələ topdan tədarükçüləri Rövşənin bazasından Süleymanovun nəzarətində olan, Kaluqa şossesi ərazisində olan bazaya köçürmək olub. Topdançılara əla ödəmə üsulu təklif edilib. Hər maşına görə 100 min yox, 30 min rubl. Amma göyərti tədarükçüləri Rövşəndən qorxduqları üçün bu addımı atmayıblar. Bütün tədarükçüləri şəxsən tanıyan Cambulat məsələnin həllində əsas rolu üzərinə götürüb. Məhz o, tədarükçüləri inandırıb ki, Vaqif Rövşəndən daha təhlükəsiz və sərfəlidir.

Nəticədə 2016-cı ilin əvvələrində topdan tədarükçülər kütləvi surətdə Rövşənin bazasından Kaluqa şossesindəki bazaya köçüblər. Bu zaman isə Cambulat qətlə yetirilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.