Bu dərmanları əsla almayın
10-12-2016, 00:03
Uzun illər aparılan araşdırmalar nəticəsində alimlər, adları hamıya məlum olan bir sıra məşhur preparatların pasientlərin sağalmasına heç bir təsir göstərmədiyini müəyyən ediblər. Bu siyahıya liderliyi, yaxşı tanış olan "Arbidol" ("İmmustat"ın analoqu) edir.
Bu dərman Şimali Koreya və keçmiş SSRİ ölkələrinin ərazisində 1974-cü ildə klinika şəraitində yoxlamadan keçirilib. Amma araşdırmalar göstərib ki, onun qrip virusları ilə mübarizədə heç bir effekti yoxdur.
İkinci yerdə, bir çox pasientlərin "sevimli" dərmanı olan "Essensiale" gəlir. Bu dərman qara ciyəri öd ifrazı zamanı zədələnmələrdən və iltihabi proseslərdən qorumaq, həmçinin zədələnmiş hissələri bərpa etmək adı altında istehsal edilir. Bununla yanaşı, avropalı tibb işçiləri heç vaxt öz pasientlərinə «Xilak forte» və «Bifiform» tipli dərmanları yazmırlar. Çünki onların tərkibində emaldan dərhal sonra məhv olan ölü mikroorqanizmlər var ki, onlar da nəticədə orqanizmdəki 99% faydalı elementləri və mineralları məhv edir. Pankreatit və diabet zamanı istifadə olunan bütün pankreatinlərin də heç bir faydası yoxdur. Odur ki, son illərdə xüsusilə məşhur olan "Mezim forte"ni də unutmaq məsləhətdir. Faydasız dərmanlar sırasında, xüsusilə pensiyaçılar arasında populyar olan "Korvalol" da var. Tədqiqatçılar o qənaətə gəliblər ki, bu dərmanı ardıcıl olaraq qəbul etmək təhlükəlidir, çünki asılılıq yaradır. Eyni zamanda bu preparat koqnitiv və nevroloji pozulmaları inkişaf etdirir ki, nəticədə insan seksual funksiyalarının itirilməsi problemi ilə qarşılaşır.
Nəhayət, öskürəyə qarşı populyar dərman vasitəsi olan "Qedeliks" öskürəyi müalicə etmək qabiliyyətinə malik deyil. Tərkibi, əsasən sarmaşıqdan ibarət olan bu preparatın öskürək və tənəffüs yolları xəstəliklərinin müalicəsində qeyri-effektiv olduğu aşkarlanıb.
Alimlər bildiriblər ki, hazırda apteklərdə minlərlə dərman preparatları var ki, onların insanı narahat edən xəstəliklərin müalicəsinə heç bir təsiri yoxdur. Xüsusilə immuniteti artıran, qoruyucu və bərpaedici funksiyalarının olduğu söylənən dərmanların heç birinin orqanizmə müsbət effektiv təsiri yoxdur. Bu səbəbdən də, alimlər hesab edirlər ki, həkimlər ancaq birbaşa pasientlərin problemi ilə əlaqəli olan effektiv dərman vasitələrinə üstünlük verməlidirlər. Bunu yoxlamaq üçünsə, onların əlində laborator müayinələrdən başqa kifayət qədər imkan var. Belə ki, cəmi 3 xəstə üzərində eksperiment aparmaq kifayətdir ki, dərmanın xəstəliklə mübarizədə effektiv olub-olmadığını müəyyənləşdirsinlər. (sputnik)