Viruslar qadınlarla müqayisədə kişilər üçün daha ölümcül imiş
14-12-2016, 20:45
"The Telegraph" qəzetinin elm məsələləri üzrə redaktoru Sarah Knapton yazır ki, kişilər tarixən ən adi xəstəliklərə də zəif davamlılıqlarına görə lağa qoyulublar.
Lakin indi yeni elmi araşdırma göstərib ki, günah kişilrədə deyil və bir sıra xəstəliklərin virusları məhz kişilərin "axırına çıxmağı məqsəd qoyublar".
Londondakı Royal Holloway Universitetinin alimləri aşkar ediblər ki, müəyyən viruslar kişilərə daha çox yoluxmaq üçün təkamül ediblər.
Bunun xüsusilə kişilərə analarından keçmiş bəzi xəstəliklərin, məsələn - qızılca, suçiçəyi, zika və hepatit kimi xəstəliklərin viruslarına aid olduğu qeyd olunur.
Sadə dildə deyilsə, qadınlar viruslar üçün kişilərdən daha qiymətlidirlər çünki onlar virusların daşıyıcısı rolunu oynayırlar.
Royal Holloway Universitetinin nəzdindəki Bioloji Elmlər Məktəbinin professoru doktor Francisco Úbeda deyib ki, "viruslar təkamül nəticəsində qadınlar üçün daha az təhlükəli forma ala bilərdilər".
Alimin sözlərinə görə, viruslar döş əmizdirilməsi və ya sadəcə doğuşla keçmək istədiklərindən qadın orqanizmi üçün öldürücü olmamağa adaptasiyta olunublar.
"Başqa sözlərlə, - yazır Knapton - Viruslar qadınlar üçün can sağlığını saxlamağa çalışrlar ki, özləri arta bilsinlər".
Alimlər bu ehtimalım doğruluğunu sübut etmək üçün insanın qanındakı T-limfositlərinin 1-ci tip limfotropik virusuna diqqət yetiriblər. Bu viruslar insanda leykoz xəstəliyini törədir.
Məlum olub ki, bu virusa anadan-uşağa sxemi ilə yoluxmuş qadınlarda leykozun yaranması kişilərdə olduğundan daha az hallarda baş verir.
Araşdırmanın nəticələrinə görə yoluxucu xəstəliklərdən ölüm halları kişilərdə qadınlardan daha çox qeydə alınır.
Bundan başqa, yoluxucu xəstəliklərdən ölüm halları kişilərdə qadınlardan daha çox qeydə alınır.
Bu elmi araşdırmadan isə bəlli olub ki, virusların özləri qadınların daha ağır xəstələnməsinin qarşısını alır.
Royal Holloway Universitetinin Bioloji Elmlər Məktəbindən professor Vincent Jansen deyib ki, qadınlar və kişilərin müxtəlif yoluxucu xəstəlikləri necə keçirməsi arasındakı fərq çoxdan məlum idi, lakin indi virusların özlərinin təkamül nəticəsində buna səbəb olduğu bilinib.
Alimlər riyazi modelləmə üsulu ilə öyrəniblər ki, təbii seçmə yoluxucu xəstəlik viruslarının qadınlar üçün daha az ölümcül olanlarının artmasına şərait yaradıb.
Bundan başqa, birinci tip leykoz virusunun Yaponiyada və Karib hövzəsində yayılma meylləri araşdırılıb. Məlum olub ki, Yaponiyada sözü gedən virusun yetkinlik yaşına çatması kişi orqanizmində qadın orqanizimindən 2, 5 və hətta 3 dəfə çox baş verib.
Lakin bu da qeyd olunur Karib hövzəsində virusun cinslər üzrə paylanması 50:50 nisbətində olub.
Alimlər Yaponiyada və Karib hövzəsində qeydə alınmış bu böyük fərqin səbəbinə də diqqət çəkirlər. Yaponiyada uşaqların döşlə əmizdirilməsi müddəti daha çox olduğundan virusun uşağa ötürülməsi imkanları da artır.
Başqa sözlə, virus Karib hövzəsi regionunda yaşayan qadınılar üçün daha təhlükəli olub.
Alimlər deyirlər ki, daha güclülərin sağ qalmasını təmin edən təbii seçmə və deməli təkamül təkcə insan və heyvanlarda deyil, mikroorqanizmlərdə də eyni cür gedir.
BBC