Xəzərdəki faciə ilə bağlı - İLGİNC MƏLUMATLAR

15-12-2016, 14:05           
Xəzərdəki faciə ilə bağlı - İLGİNC MƏLUMATLAR
Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bu gün Xəzərdə N. Nərimanov adına NQÇİ-də baş vermiş hadisə ilə əlaqədar ilginc məlumatlar yayıb.

BakiPost.az xəbər verir ki, mütəxəssis sosial şəbəkədəki qəzanın baş verdiyi qazçıxarma idarəsində işlərin necə aparıldığını yazıb.

Onun sözlərinə görə, Nərimanov NQÇİ hasilatı platformalar üzərindən həyata keçirmir, yataqlar dənizin dayaz hissəsində yerləşdiyi (10-30 metr) üçün onların istismarı estakada üsulu və qazma prosesi isə meydançalardan (ploşadka) həyata keçirilir:

"Meydançalar nədir? Onların qalıqlarını Pirallahı adasına gedənlər daha yaxından görüblər.

Təyyarə ilə Bakıya gələnlər isə çox zaman məhz Nərimanov NQÇİ-nin meydançaları üzərindən eniş edirlər. Görünür ki, onların nə qədəri artıq ömrünü başa vurub. Əlbəttə, 40-50 il istismarda olub və laylardan karbohidrohen ehtiyatları çıxartdıqdan sonra ömürlərini başa vurublar.

Sovet zamanı ekologiyaya ümumiyyətlə heç fikir vermirdilər və heç maddə də yox idi ki, bu meydançaları, estakadaları sonra ləğv etsinlər”.

Ekspert hazırda SOCAR-ın bazasında olan qurğular barədə də yazıb: "SOCAR-ın balansında hazırda olan bu qurğuların vəziyyətinə gəlincə isə onların yararlığına dair hər il müvafiq dövlət orqanları rəy verirlər. Necə ki, avtomobilin idarə edilməsi üçün "texosmotr" deyilən bir vacib sənədləşmə prosedurundan keçmək vacibdir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru