Ermənilər həbəş əlifbasını necə oğurlayıblar?- GİZLİ TARİX

15-12-2016, 21:21           
Ermənilər həbəş əlifbasını necə oğurlayıblar?- GİZLİ TARİX
Təqdim olunan material Gürcüstanın “Literatutruli qəzeta” (Ədəbi Gürcüstan” qəzeti) qəzetində işıq üzü görüb. Tərcüməçisi isə orada yaşayan həmyerlimiz Mirzə Məmmədlidir.
Dünya şöhrətli qazanmış həbəş politoloqu, professor Tekola Xaqosdan alınan müsahibədə ermənilərin hazrda istifadə etdikləri əlifbanın əslində onlara məxsus olmasını elmi dəlillərlə əsaslandırır.


“Ermənilərin bizim əlifbanı mənimsədiyini eşidəndə şoka düşdüm”, deyən Tekola Xakos başqa maraqlı məqamlara da toxunub:

Moderator.az müsahibənin mövzu ilə əlaqəli hissələrini təqdim edir:

-Cənab Xaqos, ermənilərin həbəş əlifbasını mənimsədiyini nə zaman duydunuz?

-Bunun barəsində ilk dəfə 2010-ci ildə Türkiyəyə gedəndə duydum. Məzuniyyətimi keçirmək və bu gözəl, qədim, sirli ölkənin görkəmli yerləri ilə tanış olmaq ora üçün yollandım. Yeniyetməlik çağından Kiçik Asiyada yerləşən bu ölkələrin tarixi məni maraqlandırırdı. Troya, Sparta, Bizans, Səlcuqlar sultanlığı barədə və nəhayət, mən deyərdim ki, bəşəriyyət tarixində ən güclü və əzəmətli imperiya barəsində çoxlu kitablar oxumuşam. Bu imperiya və türk xalqı dünya tarixində, onun hadisələrinə kəskin dəyişikliklər daxil etməklə çox böyük xidmət göstərmişdir; Konstantinopolu almaqla- mətanətli mübarizə ilə və sultan Mehmedin əla döyüş planı ilə. Sözün qısası, bu ölkəyə valeh olmuşam.

-Bəs, “Erməni məsələsi” barədə necə məlumat aldınız?

-Dostum ilə, Əddis-Əbəbə Universitetinin alimi, tarixçisi ilə birlikdə İstanbulda bütün muzeylərə baş çəkdik, Topqapıdan başlamış, müasir Hərbu muzey də daxil olmaqla. İstanbulun bütün kitabxanalarında oldum. Istanbul Universitetinin kitabxanasında bir kitaba rast gəldim ki, orada da 1915-si ilin olayları: Osmanlı imperiyasının dağlması, Türkiyənin daxili mübarizələri və bu nəhəng imperiya ətrafında o dövr bir çox düşmən tərəfindən işgəncə verilən geocoğrafi proseslər müfəssəl şəkildə təsfir edilmişdi. Nəhayət, məhz elə bu kitab məni arxivlərə apardı. Bütün əlçatan materialları öyrənirdim, bütün ədəbiyyatla ingilis dilində tanış olurdum. Sonra, internetdə alternativ informasiyanı axtarırdım, ermənilərə məxsus coxlu resursla rastlaşdım. Bir sözlə, bu işi öyrənmək üçün heç də az vaxt itirmədim. Bütün sənədlərlə, erməni ədəbiyyatı ilə, üzdəniraq “erməni soyqırımı” ilə tanış oldum. İstanbul arxivi rəhbərliyinin icazəsi ilə üzünü çıxartdığım bəzi sənədlərin öyrənilməsini davam etdirdim və Türkiyədən qayıdandan sonra, sadəcə olaraq, ermənilərin belə məharətlə, abır-həya olmadan, sinizm ilə və namussuzluqla tarixi faktları eybəcərləşdirməsi məni heyrətləndirdi. İlk dəfə olaraq erməni dilində yazılan hansısa kitabı əlimə alanda sadəcə olaraq şoka düşmüşdüm. Əvvəlcə, elə fikirləşdim ki, bu həbəş dilində olan kitab idi, çünki, hərflər bizim qədim əlifbadan götürülmüşdü. Çaş-baş halda mənim üçün anlaşılmaz dildə tərtib edilmiş bu kitabı vərəqləyirdim və mənim gözlərim önündə Yer üzündə ən qədim əlifbalardan biri ilan həbəş əlifbasının qədim nümunələri canlandı. Bu, bizim əcdadlarımızım min illərlə əvvəl yazdıqları hərflərimizin surəti idi. Təəccübdən az qala bağırmaq istədim, bu hərfi işarələri öz dostuma, Əddis-Əbəbə Universitetindən olan tarixçiyə göstərdim. O gülümsündü və mənə dedi: “Məgər, sən doğrudan da bilmirdin? Bizim hərflər ilə yazmağı dayandırana kimi, ermənilər bütün dünyaya onu erməni əlifbası kimi təqdim etdilər. Şəxsən mən universitetdə bu mövzuya bir neçə məruzə həsr etdim. Dünya elmi isə, bilir ki, bu həbəş əlifbasıdır, lakin, budur, ermənilər onu özlərininki kimi təbliğ edirlər”, - Dostum mənə cavab verdi.

-Məhz elə bu fakt sizi həbəş əlifbası barədə yeni kitab yazmağa vadar etdi?

-Bəli, bizim milli əlifbamızın məhz elə bu ədəbsiz oğurluğu, məndə yeni tədqiqatları aparmaq və əlavə faktları axtarmaq istəyini qaldırdı. Ermənilərin sırtıqlığınin, görünür,həddi-hüdudu yoxdur. Mən özümün yeni kitabımda bu yalanı saf su ilə təmizləyəcəyəm və bütün dünya erməni tarixçilərinin başqa xalqların elmi və mədəni irsini mənimsəmək üçün bu xəyanətkar cəhdini biləcək. Kitab kifayət qədər rəngarəng olacaq. Ona Osmanlı imperiyasında baş verən olayları əlavə edəcəyəm; Mənim kitabımda özlərinin vətəndaşları da olduqları dövlətlərin əleyhinə ermənilərin ayaqaltı eşmək fəaliyyəti, şübhəsiz, öz əksini tapacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.