Bayılda gəmi təmiri zavodu və “Baksovet” metrosu MKİ-nin məxfi raportlarında:ABŞ agentləri Azərbaycanda nəyi axtarıb? - SƏNƏDLƏR
23-01-2017, 09:20
Xəbər verdiyimiz kimi Amerika Mərkəzi Kəşfiyyat İdarəsi 50 illik bir dövrdə toplanmış informasiyalar üzərindən “məxfi” qrifini götürərək onları ictimaiyyət üçün açıqlayıb.
Bu məlumatların içində Azərbaycanla da bağlı xeyli sənədlər var.
Strateq.az bildirir ki, 1955-86-cı illəri əhatə edən kəşfiyyat məlumatlarda Azərbaycanın o dövrdəki siyasi-iqtisadi həyatına dair informasiyalar yer alır. MKİ agentləri tərəfindən ötürülən bu informasiyalarda SSRİ-nin bu strateji məkanı haqqında ətraflı və detallı bilgilər verilib. ABŞ Kəşfiyyatı əsasən Bakının neft zavodları, SSRİ-nin burda olan hərbi hissələri və Xəzər dənizində mövcud olan hərbi obyektlər barədə məlumat toplayıb. Bununla yanaşı Azərbaycan SSRİ-nin ictimai həyatı da ciddi şəkildə izlənilib.
Bu sənədlərin içində diqqətçəkən bir sənəd 1959-cu ilə aiddir. Burada Bakıda yerlşən neft emalı zavoduna və Vano Stura adına gəmi təmiri zavoduna dair kəşfiyyat məlumatları qeyd olunub. Təyyarədən çəkilmiş fotoda Bayıl buxtası və orada dayanmış gəmilər əks edilib. Eyni zamanda neft emalı zavodunun xəritəsi göstərilir. Hazırda bu yerdə üzgüçülük mərkəzi yerləşir.