İkinci dünya müharibəsinin xəzinələri — “Qızıl çemodan”ın sirri

26-01-2017, 13:42           
İkinci Dünya Müharibəsinin itirilmiş sərvətlərindən söhbət düşəndə ilk olaraq Yantar Otaq yada düşür. Amma bir həqiqət də var ki, yantar möcüzəsi itmiş sərvətin kiçik bir hissəsidir.

Tarixçilərin hesablamarına əsasən, itkilər kifayət qədər çox olub. 1 milyona yaxın qədim kitab, qiymətsiz muzey eksponatı və çoxsaylı qədim əlyazmalar bu siyahıdadır.

Ölkə.Az bu gün oxucularına nasistlərin itmiş sərvətlərindən sayılan “Qızıl çemodan” barədə məlumat verəcək.

İtmiş sərvətin böyük bir hissəsinin taleyi hələ də sirr olaraq qalıb. Məsələn, Kerçen muzeyində müharibəyə qədər qədim dövrə aid qiymətli eksponatlar var idi: qızıldan hazırlanmış zinət əşyaları, Ponti çarı Mitridatın dövrünə aid sikkələr, skif zinət əşyaları və çoxsaylı qiymətli üzük və sırğalar.
İkinci dünya müharibəsinin xəzinələri — “Qızıl çemodan”ın sirri
1941-ci ilin sentyabr ayında Kerçen muzeyi eksponatlarını evakuasiya etməyə hazırlaşırdı. Məhz bu dövrdə SS rəhbəri Henrix Gimmler xüsusi qrup yaratdı. Bu qrupun tapşırığı nəyin bahasına olursa-olsun bu dəfinəni tapıb Almaniyaya aparmaq idi. Sərvətin axtarışına faşistlərin ən gizli təşkilatı sayılan “Annenerbe”nin mütəxəssisləri də qoşuldu. Bu təşkilat qədim alman tarixinin öyrənilməsi ilə məşğul olurdu və “əcdadların irsi”-nin əşyalarının fəal axtarışına çıxmışdı.

Təşkilat 1933-cü ildə, Hitler hakimiyyətə gəldikdən sonra qurulmuşdu. Nasist baxışlara malik ən yaxşı universitet alimləri “Annenerbe”yə cəlb edildi. Bu mütəxəssislərin köməyi ilə dünyanın müxtəlif hissələrində çoxsaylı qazıntılar aparıldı. Norveç, Yaxın Şərq, Tibetdə arxeoloji qazıntılar aparıldı. Nasistlər öz köklərini axtarırdılar və alman xalqının dünya hökmranlığına olan haqqını doğrulamaq üçün bu yola əl atmışdılar. 1937-ci ildə “Annenerbe” tam olar Gimmlerin hakimiyyəti altına keçdi. Hitlerçilər Ukraynanı mühasirəyə alanda təşkilat Qara Dənizin şimal sahillərində qədim kurqan və yaşayış məskənlərinin tədqiqatı ilə məşğul olmağa başladı. Onları qədim german tayfalarından sayılan qotların irsi maraqlandırırdı. Qotlar 3-cü əsrdə inkişaf etmiş mədəniyyətə sahib idilər.

Tarixçilərin fikrinə görə, qotlar Krıma Vislanın aşağı axarında yerləşən ərazidən gediblər. Yunan tarixçisi Posedoniy qotları germanlar adlandırırdı və Korneliy Tatsit isə bu tayfanı belə təsvir edirdi: “Qəddar mavi gözlər, sarı saçlar, düzgün bədən”. Qotlar Krıma qılıncla gələrək ərazinin yerli əhaisinin bir qismini məhv etdilər. Digər sağ qalan Krımlılar isə qotlara qarışaraq asimiliyasiyaya uğradılar. Zaman keçdikcə qotlar Krımın əsas qüvvəsinə çevrildilər. Qotlar Krımda digər etnoslara nisbətən daha uzunmüddətli yaşayıblar.

Hitlerçilər ikinci dünya müharibəsində bu faktdan istifadə edərək Krımı Almaniyanın bir hissəsi elan etmək istəyirdilər. Onlar hətta yeni ərazini Qotenqau adlandırmağı planlaşdırırdılar və 1960-cı ilə qədər yarımadaya 5 milyon alman köçürəcəkdilər.

Kreçen muzeyində saxlanılan Marfov xəzinəsində Qot sərdabəsində tapılan əşyalar var idi. O dövrdə alman muzeylərində ost-qot mədəniyyətinə aid heç bir əşya yox idi. Kolleksiyanın əsas incisi eramızın I əsrində hakimiyyətdə olmuş çariça Fedayaya məxsus qızıl diademadır. Gimmlerin ən cəsur əsgərləri bu kolleksiyanı taparaq rusların əlindən almaq tapşırığını yerinə yetirməli idilər.

Kerçen muzeyindən qiymətli əşyaları evakuasiya etmək üçün bütün eksponatlar 19 qutuya yığılmışdı. Bundan başqa kolleksiyanın ən qiymətli əşyasını taxta çemodana yerləşdirmişdilər. Çemodanda Mitridat dövrünün sikkələri, qızıl sırğa və zinət əşyaları, üzərində qədim skif təsvirləri olan qızıl disklər, qolbaqlar, üzüklər, üzərində qədim yunan Tanrıları olan medalyonlar, maskalar və s. var idi.

Sentyabrın son günlərində qutular və qızıl çemodan Tamani limanına çatdırıldı. Kerçen xəzinəsi əvvəlcə Krasnodara, sonra Armavirə aparıldı. 1942-ci ilin yayında alman bombardmançıları Kuban şəhərini bombalamağa başladılar. Hücum zamanı 19 qutunun saxlanıldığı binaya bomba düşür. Əvvəlcə yanğın başlayır. Qutularda olan bütün əşyalar yanıb kül oldu. Amma qızıl çemodan başqa binada saxlanıldığı üçün salamat qaldı.
Kerçen muzeyinin əşyaları Armavirə aparılanda çemodan şəhər icra hakimiyyətinin binasında açıldı və xüsusi komissiyanın iştirakı ilə qeydə alındı. Çemodan möhürləndi və bu binada qorundu.

1942-ci ilin avqust ayında almanlar Armavirə girdilər. Şəhər icra idarəsinin əməkdaşı Anna Avdeykina qızıl çemodanı şəhərdən çıxardı. O, hadisəni belə təsvir edir. Sovet ordusu Armaviri tərk edəndə şəhərə sakitlik çökdü. Əhali boşalmışdı. Binanın qapıları açıq idi və külək dəhlizlərdə oynayırdı. Bir çox sənədlər aparılsa da, qızıl çemodan otaqda idi. Çox güman ki, yaddan çıxmışdı. Anna Avdeykina qardaşı oğlunun köməyi ilə çemodanı binadan çıxardı. 80 kiloluq çemodanı evakuasiya məntəqəsinə apardılar. Qızıl çemodan şəhərdən çıxan sonuncu yük maşını vasitəsilə yola salındı. Yolda maşın atəşə tutulsa da, Spokoynaya stansiyasına çatdı. Burada Anna qiymətli çemodanı Dövlət bankının şöbəsinin müdürünə təhvil verdi. Sonra isə qaçqın kütləsinə qoşularaq şəhərdən uzaqlaşdı. Amma onlar çox da uzağa gedə bilmədilər. Almanlar onların qarşısını kəsdilər. Anna sənədlərini məhv etdi ki, almanlar onun Armavir dövlət işçisi olduğunu anlaya bilməsinlər. Sonra Anna əsir düşərgəsindən qaçaraq Armavir düşməndən azad edilənə qədər arxa cəbhədə çalışdı.

Evə qayıtdıqdan sonra ona qızıl çemodan barədə xəbər verdilər. Sən demə, almanlar şəhərin işğalı zamanı bütün evi və ona bitişik ərazini didik-didik axtarıblar. Annanın hara getdiyini, ona kimlərin kömək etdiyini, özü ilə nə apardığını öyrənməyə çalışdılar. Əşyaların arasında ola biləcək hansısa çemodan onları xüsusilə maraqlandırırdı. Çox güman ki, şəhərdə Annanın binadan çemodanla çıxdığını deyən satqın olub. Gestopa bunun qızıl çemodan olduğunu dərhal anlayır.

Təəssüf ki, tezliklə almanlar Spokoynaya stansiyasına da gedirlər. Dövlət bankının filialının direktoru Yakov Loboda qızıl çemodanı da özü ilə götürərək partizanların yanına gedir. Alim Konçin uzun müddət qızıl çemodanın axtarışları ilə məşğul olub və o yazır ki, partizan dəstəsində ancaq rəhbərlik xəzinə barədə məlumatlı idi.

Dekabr ayında partizan dəstəsi böyük itki verdi və komandanlıq geri çəkilmək barədə qərar qəbul etdi. Şəxsi silah, sursat və sənədlər müxtəlif yerlərdə basdırıldı. Hər gizli yeraltı anbar barədə ancaq iki nəfər məlumatlı idi. Təəssüf ki, qızıl çemodanın kim tərəfindən gizlədildiyi bilinmir. Ola bilər ki, bu işlə Loboda özü məşğul olub.

Mühasirədən çıxan Yakov Loboda almanlarla qarşılaşır və əsir götürülür. Onu güllələnmə hökmünə məhkum edirlər və arvadı ilə vidalaşmağa icazə verirlər. Güman ki, Loboda çemodanın harada gizlədildiyi barədə arvadına məlumat verib. Amma qadın söhbətin nədən getdiyini anlaya bilməyib.

Yakov Loboda və yoldaşlarını güllələyirlər və bununla da qızıl çemodanın izi itir. Almanlar 1943-cü ildə Kubandan qovulduqdan sonra məlum oldu ki, qızıl çemodan partizan dəstəsinin avtomobil dayanacağında tapılıb və içində cəmi bir neçə əşya olub. 700-ə yaxın zinət əşyası və Qot çariçasının diademası itmişdi. Xüsusi komissiya axtarışlara başladı. Partizan dəstəsinin döyüşçüləri şübhəli qismində dindirildi. Amma həbslər və istintaq heç bir nəticə vermədi. Qızıl çemodanın içindəki xəzinə yoxa çıxmışdı.

Müharibədən sonra Kreçen muzeyinin bəzi əşyaları bir alman qəsrində sovet əsgərləri tərəfindən tapılanda şok yaşandı.

Bu yaxınlarda, yəni 2006-cı ildə Gessen ərazisində polis əməkdaşları Pantikapey dövrünə və Bosfor çarlığına aid 500 sikkə tapdı. Krım muzeyinin işçiləri iki il ərzində qiymətli sikkələrin Kreçen muzeyinə aid olduğunu sübut etdilər. 2009-cu ildə sikkələr muzeyə qaytarıldı. Amma bu sikkələr qızıl çemodana aid olan xəzinənin bir hissəsi deyildi.

1946-cı ildə Spokoynaya qəsəbəsində yaşayan uşaqlar qızıl kəmər tapdılar. Deyəsən bu kəmər qızıl çemodana aid olan sərvətin bir hissəsi idi. Amma onun taleyi naməlumdur. Kəmər yoxa çıxdı. Bu çox şübhəli olsa da, mümkün idi. Müharibə bitsə də Annenerbe gizli fəaliyyətə başlamışdı və müxtəlif ölkələrin ərazisində fəaliyyət göstərirdi. Təşkilatın üzvləri müharibədən sonra böyük maliyyə imkanları və SSRİ-dəki casusların dəstəyi ilə qızıl çemodanın axtarışlarına davam edirdilər.

SSRİ-də Kerçen muzeyinin sərvətinin axtarışları ilə heç kəs məşğul olmurdu. Çox güman ki, Annenerbe təşkilatının üzvləri qızıl çemodanı axtarışlar zamanı tapıblar...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.