Alimlərdən yeni iddia — Maya mədəniyyəti necə məhv olub?

26-01-2017, 18:13           

Bu vaxta qədər mayalıların quraqlıq nəticəsində məhv olduğu ehtimal edilirdi. Amma yeni faktlara əsasən, mayalılar iqlim şərtləri və qonşu dövlətlər arasındakı müharibələr nəticəsində məhv olublar.

Qvatemalanın qədim Seybal şəhərində aparılan arxeoloji qazıntılar zamanı Maya mədəniyyətinin məhvinin iqlimdən əlavə şəhər dövlətləri arasında gedən müharibələrin də səbəb olduğu üzə çıxıb.

İspan işğalçılar 1517-ci ildə Mərkəzi Amerikaya səfər edəndə Maya mədəniyyətini məhv etməyi planlaşdırırdılar. Amma əraziyə çatanda zəifləmiş mayalılarla qarşılaşıblar. Arizona universitetinin alimi Takesi İnomata bu barədə fikrini bildirib:

"Maya mədəniyyəti bir anda yox, mərhələ-mərhələ yoxa çıxıb. Savaşlar və siyasi böhranlar mədəniyyəti məhvə aparırdı. Sonra isə Maya əraziləri boşaldı və çöküş başladı. Bu ərazilərə yenidən insanlar köçsə də, məhv olurdular".

Analizlərə əsasən, Seybal şəhəri məhv olmadan 130 il əvvəl siyasi böhranla qarşılaşdı. Bu dövrdə müharibələr, hücumlar və əhali sayında azalmalar başladı.

Eramızın 300-cü ilində Seybal şəhəri tamamilə boşalır. Amma 600-cü illərdə şəhərdə yenidən canlanma başlayır.

889-cu ildə başlayan müharibələr nəticəsində 930-cu ildə şəhər tamamilə məhv edilir.
Ölkə.Az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.