“SSRİ cəlladı”nın DƏHŞƏTLİ İNTİM ƏMƏLLƏRİ: atanın qarşısında qızını, ərin yanında arvadını... - FOTOLAR

18-04-2017, 13:16           

Onu “SSRİ-nin cəlladı” adlandırırlar. İşində sərt, insanlara qarşı amansız olan bu dövlət xadimi haqqında çox müəmmalar dolaşır. Deyilənə görə, o, kişiləri alçaldır, heç nədən Stalinə sataraq güllə qabağına düzdürür, qadınlardan isə əşya kimi istifadə edirmiş. Hətta evinin zirzəmisinin xüsusi işgəncə ilə öldürülmüş meyitlərlə aşıb-daşdığını belə iddia edənlər tapılırdı. Meyitlərlə bir arada isə ona etiraz edın qadınları günlərlə ac-susuz saxlayırmışlar. Söhbət qəddarlığı, manyaklığı ilə ad çıxarmış partiya və dövlət lideri Lavrenti Beriyadan gedir.
Publika.az Beriya ilə bağlı yazını təqdim edir:
Başqa bir iddiada isə Beriyanın 700-dən artıq qadınla cinsi əlaqədə olduğu deyilir. İndi bunu deyənlər hesab işini necə aparıblar bəlli deyil, amma həqiqətən də Beriyanın çoxsaylı, cinsi istəkləri onun ən yaxın silahdaşlarını belə qorxudurdu. Beriya qadınların yaşına və kimliyinə məhəl qoymurdu. Nəinki ətrafındakı, hətta tanımadığı qadınları da kabinetinə gətirdirdi. Deyilənə görə, Lavrenti işdən sonra xidməti maşını ilə Moskva küçələrini gəzirmiş. Gözünə xoş dəyən xanımları şəxsi mühafizə xidmətinin rəhbəri erməni Rafael Sarkisov maşına gətirirmiş. Gəlmək istəməyənləri isə zorla sürüyürmüş. Bundan başqa, Beriya kütləvi paradlarda məktəbli qızları gözaltı edir, 15-16 yaşlı şagirdlərin içərisindən qurbanını seçirdi. Yeniyetmə qızlar onun təklifini rədd edəndə isə həmin qızların valideynləri barəsində müxtəlif bəhanələrlə cinayət işləri açılırdı. İkinci Dünya Müharibəsi dövründə də cəbhədəki uğursuzluğu ilə yadda qalmış bir çox hərbçi zabitlərin ölümünə hökm vermişdi. Çox vaxt qətlə yetirilənlər gözəl qadınların ərləri, ataları və ya qardaşları olurdu. Yəni Beriya bu üsulla da öz çirkin məqsədlərinə nail olurdu.

1953-cü ildə həbs olunmuş Beriyaya ilk ittiham da məhz onun seksual manyaklığı olmuşdu. Halbuki Lavrenti əsas olaraq vətənə xəyanətdə ittiham edilirdi. Lakin ittihamları rədd edən Beriya 700 qadın sayını 62-yə endirmişdi. Amma onun “düzəliş”lərinə məhəl qoyan olmadı. 1953-cü ilin 23 dekabrda Beriyanın ölüm hökmü icra edildi. Marşal Jukovun dediyinə görə, qərar icra olunarkən Lavrenti o qədər qorxmuşdu ki, diz çöküb yalvarır, hönkür-hönkür ağlayırdı. Bu zaman hətta ən soyuqqanlı icraçılar belə onun amansızlıqlarını xatırladırmışlar. Çünki hamı bu “cəllad”ın insanları necə həzzlə ölümə yolladığını, işgəncələri seyr etdiyini yaxşı bilirdi.
Aşiq seksual manyak

Bəlkə də çoxumuzun fikrindən keçən sualdır: görəsən manyaklar aşiq olurmu? İnandırıcı gəlmir, çünki psixoloqlar da onların empatiya hissindən məhrum olduğunu bildirirlər. Qeyd olunur ki, onlar insana deyil, ümumilikdə canlıya xas hisslərə malikdirlər. Qorxu, həzz və s. hissləri olsa da, sırf mənəvi, ali insani hisslərdən uzaqdırlar. Amma təsəvvür edin Lavrentinin aşiq olduğunu iddia edənlər də var. Yəni bu qədər ittihamçının arasında “Yezid üçün də ağlayan” tapılmalıdır, ya yox?
“Məşuqənin gündəliyi. Lavrenti Beriya” kitabının müəllifi Nina Alekseyeva xatirələrində Beriyanı tamamilə başqa bir insan kimi təqdim edir. Əvvəla qeyd edir ki, Beriyanın zirzəmisində tez-tez olub, amma orada meyit görməyib. Lakin zirzəmiyə nə səbəblə tez-tez getdiyini sirr saxlayıb. Üstəlik Beriyanın başqa evlərinin və zirzəmilərinin də olduğunu deyəsən, hesaba qatmayıb.
“Bəlkə də başqa qadınların başına oyunlar gətirib, onları əşya kimi istifadə edib. Amma mənə aşiq idi, yoxsa aylarla mənlə görüşməz, dərdini bölüşməzdi. Mən ona dəfələrlə etiraz etmişəm, səbrlə razılıq verəcəyim günü gözləyib”, - deyə Nina Alekseyeva yazır.
Müəllif siyasi liderlə tanışlığının ilk dövründən danışarkən qeyd edir ki, NKVD-nin tərkibindəki ansambla işə düzəlibmiş. Eynən başqa qızlarla olduğu kimi ona da Rafael Sarkisov yaxınlaşıb. Qara maşın isə küçənin tinində gözləyirmiş. Amma ərli, bir qızı olan qadın etiraz edincə, maşın sakitcə uzaqlaşıb və aylarla belə davam edib. Sonda “saqqızı oğurlanan” Ninanın Beriya ilə “romantik” münasibətləri başlayır: “Həyat yoldaşım hər şeydən xəbərdar idi. Çünki bəzən Rafael məni evdən gəlib aparır, biz gecəni Lavrentinin bağ evində keçirirdik. Ancaq ərim qorxusundan səsini çıxarmırdı. Çünki etiraz etsəydi, mənim onu Beriyaya şikayət edəcəyimdən çəkinirdi, sonra başına gələcəklər isə məlum idi. Üstəlik Beriya mənə dəstə-dəstə pul verirdi. Biz sovetlər dönəmində lap bəy kimi yaşayırdıq”.
Bəs Beriya necə məşuq olub?
Nina Alekseyeva bu sualın qarşısında əvvəlcə tərəddüd edir. Sonra isə etiraf axını başlayır: “Deməzdim ki, odlu-alovlu kişi idi. Adi kişi idi də... Yataqda əksər kişilər kimi özünü düşünürdü. Hələ məni sevdiyi halda zövq alıb-almamağım onu narahat etmirdi. O biri qadınlarla nə etdiyini isə deyə bilmərəm. Mənim ona yazığım gəlirdi. Arvadı Nina da onunla yatmırdı. Otaqlarını ayırmışdılar. Deyilənə görə, çoxsaylı xəyanəti buna səbəb olub. Amma Lavrenti əvvəldən onunla soyuq olduğunu deyirdi. Həm də arvadı Lavrentinin yeganə çəkindiyi qadın idi. Ona ifritə deyirdi. Ancaq əmin idim ki, bu sözü arvadının üzünə deyə bilmir. Xəyanətləri də bəlkə bu üzdən idi. Arvadı onu saymırdı”.
Amma bütün bunlara rəğmən Nina Alekseyeva öz ərini sevdiyini deyir, onun əziyyət çəkməsinə, insanlar arasında utanmasına dözə bilmirdi. Onun üçün də daha gözəl rəfiqəsi Şura ilə Beriyanı tanış edir və özü fürsətdən istifadə edərək əri ilə başqa şəhərə gedir. Bir neçə aydan sonra isə Beriya həbs olunaraq edam edilir.

Lakin həyat yoldaşını seçməsi onu nə ərinin, nə də övladlarının gözündə ucaltmır: “İndi mənim həyatım çox qəmlidir. Uşaqlarım məndən ayrılıb, etinasız yanaşırlar. Beriya haqqında kitabım çıxanda qızım məni söydü. Atasına xəyanət etdiyimə görə üzümə baxmadı. Guya etməsəydim, atası sağ qalacaqdı. Həm də ərim məni çoxdan bağışlayıb. O hər şeyi başa düşdü, ancaq uşaqlarım anlamır ki, mən bu xəyanətə məcbur idim. Lavrenti mənə aşiq olmuşdu. Amma hər halda o – Beriya idi, qorxunc Beriya!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.