Eynşteynin boşandığı arvadından qəribə tələbləri: “Yataq otağıma və…” - FOTOLAR

21-04-2017, 16:42           
Eynşteynin boşandığı arvadından qəribə tələbləri: “Yataq otağıma və…” - FOTOLAR
Bir çox insana tarixin dahi insanlarından ilk ağlınıza gələn kimdir dedikdə Albert Eynşteyn deməsi normaldır. Çünkü Eynşteyn sözün əsl mənasında əsl dahidir. Riyazi və fiziki sahələrdə bir çox önəmli kəşflərə imza atıb.

Bəşəriyyət üçün xeyli kəşflərə imza atan bu dahinin eşq həyatı da iş həyatı kimi çətin və ağır olub.

Musavat.com dahi elm adamının eşq həyatı haqqında maraqlı faktları təqdim edir.

Xüsusilə ilk həyat yoldaşı Mileva Maric haqqında maraqlı faktlar var. Eynşteyn evlənmədən öncə də, evləndikdən sonra da həyat yoldaşına qəbul etdirdiyi şərt çox ilginc idi.

Картинки по запросу Einstein'in Boşanmamak İçin Eşinden Kabul Etmesini İstediği 'Fazla' İlginç İstekler
Eynşteyn 1900-cu illərdə tələbə olduğu vaxtlarda o dövrün ən yaxşı professorlarından dərs almaq fürsətini əldə edir. Alman elminin bir çox dərinliklərini öyrənir. Bu ərəfədə Mileva Maric ilə tanış olub, bir müddət sonra evlənmək qərarına gəliblər.

Lakin Milevanın atası ona Eynşteynlə evlənməyə icazə verməyib. Səbəb isə Eynşteynin yəhudi əsilli olması idi. 3 il gözləmək məcburiyyətində qalıblar. Milevanın atası rəhmətə gedəndən sonra evləniblər. Evlilikdən 2 övladları olub, lakin bir müddət sonra boşanmaq qərarına gəliblər. Boşanmanın uşaqlara təsir edəyəcəyini düşünüb, boşanma işini bir müddətlik təxirə salıblar.

Lakin bu müddət ərzində Eynşteynin qəribə tələbləri olub. Onun həyat yoldaşı üçün qoyduğu tələblər bunlar idi:

Mənim geyimlərimdən və əşyalarımdan sən xəbərdar olacaqsan.
Hər gündə yeyəcəyim 3 yeməyin hazırlanmasına şəxsən nəzarət edəcəksən.
Yataq otağıma və iş otağıma heç kimin girməsinə icazə verməyəcəksən.
İctimai səbəbi olmadığı halda ona şəxsən danışmağı da qadağan etmişdi. Gəzməyə, səyahətə getməyi, evdə belə, bir yerdə oturmağa icazə vermirdi.

Bir qədər gülünc olsa belə, həyat yoldaşına cinsi münasibəti belə, qadağan etmişdi. İstədiyi vaxt danışığı kəsməyi də həyat yoldaşından tələb ediridi.

Mileva bu şərtləri qəbul etsə də bir müddət sonra artıq çətinlik çəkirdi. Bu “işgəncə”lərə dözə bilməyən qadın Eynşteyni Berlində tərk edərək, İsveçrəyə gedib. Gedərkən övladlarını da özü ilə aparıb.

5 il ayrı qalan Eynşteyn və Mileva 1919-cu ildə rəsmi olaraq boşanıblar. Boşandıqdan 3 ay sonra Eynşteyn öz xalası qızı Elsa ilə evlənib. Mileva isə heç bir zaman evlənməyib.

Eynşteynin 1914-cü ildə Berlində qatarların platformasında tərk edib, getdiyi övladı isə onun haqqında bunları deyirdi: “Atamdan danışarkən dilim niyə zəhər saçır? Xəbəriniz yoxdur? Mən elə bilirdim, hər kəs bilir. Atam məni və anamı 1914-cü ilin avqust ayında atıb, getdi. O gündən bəri ona qarşı savaş elan etdim”.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.