Elman Rüstəmovun səlahiyyətləri alınır - MƏQSƏD

22-04-2017, 13:22           
Elman Rüstəmovun səlahiyyətləri alınır - MƏQSƏD
Azərbaycan Mərkəzi Bankından kredit təşkilatlarına məqsədli kreditlərin verilməsi səlahiyyəti alınır. Bununla bağlı “Azərbaycan Respublikasının Mərkəzi Bankı” haqqında qanuna dəyişiklik edilir. Dəyişikliyə əsasən qanundan 49-1 maddəsi çıxarılır. Hazırda qüvvədə olan maddə aşağıdakı kimidir:

"Kredit təşkilatlarına məqsədli kreditlərin verilməsi 49-1.1. Mərkəzi Bank sosial-iqtisadi əhəmiyyətli layihələrin maliyyələşdirilməsi, habelə iqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin təmin edilməsi məqsədilə dövlət zəmanəti əsasında banklara məqsədli kreditlər verə bilər. Belə kreditlərin forma, qayda və şərtlərini Mərkəzi Bankın İdarə Heyəti müəyyən edir.

49-1.2. Məqsədli kredit üzrə borc öhdəliyinin dövlət zəmanəti hesabına həyata keçirilməsi zərurəti yarandıqda və bu öhdəliyin tam və ya bir hissəsinin icrası Mərkəzi Bankın razılığı ilə dövlətin buraxdığı borc qiymətli kağızları ilə həyata keçirildikdə, Mərkəzi Bank emissiya şərtlərinə uyğun olaraq həmin qiymətli kağızları ilkin bazarda əldə edir". Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və aprelin 25-də müzakirəyə çıxarılacaq.

Maraqlıdır, məqsədli kreditləşmə Mərkəzi Bankdan alınırsa, həmin funksiyanı hansı qurum yerinə yetirəcək?

İqtisadçı-alim Vüqar Bayramov “Cümhuriyət” qəzetinə bildirib ki, məqsədli kreditləşmə funksiyasının Mərkəzi Bankda saxlanması daha məqsədəuyğun olardı:

“Çünki Mərkəzi Bank həm maliyyə resurslarının cəlb edilməsi, həm də köçürülməsi baxımından prosesdə daha aktiv iştirak edir. Bu kontekstdən maliyyələşmə məsələlərində Mərkəzi Bankın mövqeyinin qorunub saxlanması məqsədəuyğun olardı. Orada digər məsələ onunla bağlı idi ki, maliyyələşmə Mərkəzi Bankdan gəlirdi, amma hesabatlılıq, banklar məhz Maliyyə Bazarlarına Hesablama Palatası qarşısındadır. Bu da ikili prinsip formalaşdırır. Böyük ehtimalla burada məqsəd maliyyələşmə ilə nəzarətin bir qurumda cəmləşməsinə nail olmaqdır. Bütün hallarda düşünürəm ki, maliyyə bankın maliyyələşmə prosesində iştirakın nəzərə alaraq daha effektli olardı ki, məqsədli maliyyələşmə funksiyaları Mərkəzi Bankın özündə saxlanılsın. Əgər məqsədli kreditləşmə Mərkəzi Bankdan alınırsa, alternativ olaraq həmin funksiyanı Maliyyə Bazarlarına Nəzarət Palatasına verilməsi ehtimalı daha yüksəkdir. Çünki son dövrlər Mərkəzi Bankdan alınan punksiyalar Maliyyə Bazarlarına Nəzarət Palatasına verilib”.

Qaynar.Az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.