Leninin başına gətirilən OYUNLAR: oğrular onun əmlakını niyə və necə mənimsəyirdi? - FOTOLAR

22-04-2017, 21:37           

Hələ yüz il bundan qabaq avtomobillər yeni-yeni yollarda görünəndə bu “dəmir at”ın hazırkı durumunu təsvir etmək üçün öngörücü olmaq lazım idi. O vaxt avtomobil istehsalı pul itkisindən başqa bir şey hesab olunmurdu.
Publika.az bildirir ki, hətta zənginlər belə faytonlara üstünlük verir, ekipaj-avtomobillərini yalnız böyük ziyafətlərdə istifadə edirdilər. Çünki həmin dövrlərdə nə peşəkar sürücülər, nə də lazımi yol qaydaları vardı. Təsəvvür edin bu gün tıxac əlindən gün işığı görməyən yollarda vaxtilə avtomobillərin küçəyə çıxacağı saatlarla bağlı qəzetdə xəbər verilirdi. Məsələn, “Bu gün saat 12:00-da prospektdən avtomobillər keçəcək. Xahiş olunur həmin saatda ehtiyatlı olun”. Bəli, bu gün belə bir elan dodağımızı qaçırdır. Amma 1907-1908-ci illər qəzetlərində belə xəbərdarlıqlar edilirdi.


Sonralar getdikcə maşınların sayı artsa da, 1917-ci il inqilabı Avropadan gətililən bu lüksün qarşısını aldı. Fəhlə və kəndlinin fərdi maşın nəyinə lazım idi ki! İnqilabdan qabaq da at-eşşək işinə yarayırdı, sonra da. Avtomobil yalnız seçmə sosialistlərin - xalq komissarlarının, çekistlərin və əlbəttə ki, Leninin həyatını yüngülləşdirə bilirdi. Lenini ilk daşıyan maşın isə o vaxtlar üçün məhdud sayda buraxılan fransız limuzini “Turcat-Meru” idi.


1917-ci ilin dekabrında Leninin maşınını oğurlayırlar. Özü də birbaşa idarə heyətinin mərkəzi olan Smolnıdan! Nə oğru, nə də maşından soraq tutmayınca, məcbur qalıb dahi liderə ikinci fransız maşını alırlar – “Delaunay-Belleville”. Bu dəfə də oğrular dinc durmur. Niyə də dursunlar... O vaxt maşın hər qapıda olmurdu axı, deməli oğurlamağa ancaq ali rəhbərin maşını qalırdı. Odur ki, iki il sonra da fransız “ceyran”ı qaçırıldı. Bu dəfə Yeni il şənliyi keçirilən əraziyə gedərkən Yaşka Koşelkov adlı quldur və adamları maşının qabağını kəsmişdilər. Lenin kimliyini təsdiqləyən qırmızı kitabçanı quldurların burnunun qabağında yelləsə də heç bir təsiri olmamışdı. Sadəcə, Lenin olduğuna görə ona dəyib dolaşmamışdılar, eləcə maşından düşürdüb özləri minib getmişdilər.


Leninin 3-cü avtomobili “Rolls-Royse” maşını olub. Xoşbətlikdən (fəhlə-kəndlinin xoşbəxtliyindən. Çünki avtomobillərə xərclənən pul onlara çatacaq ümumi fonddan gedirdi) bu maşın SSRİ liderinə sədaqətlə xidmət göstərə bilib.
Yalnız bu hadisədən iki il sonra Rusiya küçələrində hərəkəti idarə etmək üçün milis postları qurulub. Daha sonra velosipedlə gəzən səyyar milislər də görünməyə başladı. Səyyar milislər böyük şəhərlərdə - Leninqrad, Kiyev və Minskdə fəaliyyət göstərirdi. 1932-ci ildə isə ilk işıqfor quraşdırıldı. Bu üçrəngli işıq dirəkləri insanlara o qədər maraqlı gəmişdi ki, saatlarla başına yığışaraq yanıb-sönməsinə tamaşa edirdilər.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.