Ermənilər bu raket kompleksi ilə qürrələnirdilər – Video

17-05-2017, 08:15           

Xəbər verdiyimiz kimi, mayın 15-də cəbhənin Füzuli-Xocavənd istiqamətində Ermənistan hava hücumundan müdafiə qoşunlarına məxsus OSA zenit-raket kompleksi hərbi qulluqçular tərəfindən müdafiənin ön xəttində yeni mövqeyə çıxarılaraq, hava məkanını nəzarətə götürməyə cəhd göstərilib. Azərbaycanın uçuş aparatlarına yaranan real təhlükənin və düşmənin aktivliyinin qarşısını almaq məqsədilə Ermənistanın OSA zenit-raket kompleksi və nəqliyyat-doldurucu maşını atəşlə tam sıradan çıxarılıb, şəxsi heyəti məhv edilib.

Axar.az xəbər verir ki, iki il öncə ermənilərin sahibləndiyi bu zenit-raket kompleksi ilə bağlı süjet də yayımlanmışdı. Qarabağ separatçılarının liderinin izlədiyi süjetdə ermənilər OSA-nın imkanlarını nümayiş etdirir və qürrələnirdilər rmənilərin qürrələndiyi və Ordumuzun bircə atəşlə heyəti ilə birgə məhv etdiyi (Videosu təqdim edilir) OSA-nın göstəriciləri:

OSA (9К33) — özüyeriyən zenit raket kompleksidir (NATO sinifləşdirməsinə əsasən adı: SA-8 «Gecko»). Kompleks motatıcı diviziyanı və başqa qüvvələri aşağıdan uçan hava hücum silahlarından qorumaq üçün tətbiq edilir. Rusiya istehsalıdır. 27 oktyabr 1960-cı ildə layiəhə işlərinə başlanmış və 4 oktyabr 1971-ci ildə orduda istifadəyə götürülmüşdür. Bu sistem indi də bir çox ölkələrdə tətbiq olunur və yüksək vurma qabiliyyətinə malik olduğu bildirilir.

OSA sistemində istfadə olunan raketlər bərk yanacaq əsasında işləyən bir pilləli raketlərdir. SA-8a tipli raketlə 10 km, SA-8b tipli raketlə isə 12 km məsafə qət edilə bilir. Raketin başlanğıc çəkisi 130 kq-dır. Raketin daşıdığı mərmi başlığı 19 kq olub yüksək partadıcı gücə malikdir. Maksimal əməliyyat hündürlüyü 5000 m-dir. Ən aşağı döyüş hündürlüyü isə 25 m-də yerləşir.

Atma sistemi və lazım olan radar və kompyüter texnikası üç oxlu, 6 təkərli avtomobil gövdəsində (BAZ-5937) yerləşdirilir. Avtomobil çətin keçilən yerlər üçün nəzərdə tutulmuşdur. O həmçinin suda üzə bilir.

Radar sistemi axtarış və idarəedici hissədən ibarətdir. Nəzarətçi radar H tezliyində işləyir və 360° dönə bilir. Radar işləmə məsafəsi 350 km-dir. Atəş radarı J tezliyində işləyir və 20-25 km arasında fəaliyyət göstərir. Raketi idarə etmək üçün iki müxtəlif tezliklə işləyən ötürücü kanallar mövcuddur.

Bu sistemin hədəfi vurma ehtimalı 35 və 85 % arasında qiymətləndirilir.OSA-AK və OSA-AKM sistemlərində bu 55 -85 % arasında yerləşir. Bir dəfəyə hədəfə iki raket buraxıla bilər.

Qeyd edək ki, bu silahdan Azərbaycanda da var.

Tətbiq olunduğu ölkələr

Azərbaycan, Əlcəzair, Ermənistan, Bolqarıstan, Ekvador, Yunanıstan, Hindistan, İraq, İordaniya, Küveyt, Liviya, Polşa, Rumıniya, Rusiya, Suriya, Türkmənistan, Belarus.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.