Sabirabadda körpə dünyaya gətirən ana ölüm ayağındadır – Əməliyyatdan sonra komaya düşdü

7-08-2017, 16:24           
Sabirabadda körpə dünyaya gətirən ana ölüm ayağındadır – Əməliyyatdan sonra komaya düşdü
Sabirabad Mərkəzi Rayon Xəstəxanasında dünyaya körpə gətirən 1982-ci il təvəllüdlü Aslanova Əfqanə Abduləhəd qızı komaya düşüb.

Bu barədə Unikal.org-a onun həyat yoldaşı 1972-ci il təvəllüdlü Saatlının Mustafabəyli kənd sakini Aslanov Vidadi Qasım oğlu məlumat verib.

O, bildirib ki, hazırda həyat yoldaşı ağır vəziyyətdədir və Sabiradabad MRX-dan onu Bakıya gətirməyə icazə vermirlər: "Həyat yoldaşım 8 aylıq hamilə idi. 10 gün əvvəl müayinə üçün Sabirabad Mərkəzi Rayon Xəstəxanasına apardıq. Güllü və Nizami həkim onu müayinə etdikdən sonra keysəriyyə əməliyyatı olunmasının vacibliyini bildirdilər. Həmin gün həyat yoldaşım Ə.Aslanova 230 qan təzyiqi ilə əməliyyata götürüldü. Əməliyyatdan sonra oğlum dünyaya gəldi. Təəssüflər olsun ki, həyat yoldaşım hələ də komadadır. Sabirabad MRX-nın baş həkimi Əziz Mikayılovdan həyat yolşımın Bakıya göndərilməsini xahiş etmişəm. O isə deyir ki, Səhiyyə naziri Oqtay Şirəliyevin əmrinə əsasən bölgələrdən paytaxta xəstə göndərilməsi qadağan edilib”.

V.Aslanov iddia edir ki, hazırda həyat yoldaşı şəraitsiz vəziyyətdə, heç bir tibbi xidmət göstərilmədən xəstəxanada saxlanılır: "Hazırda yoldaşım ölüm ayağındadır. Baş həkim və onun işçiləri bizim tələbimizi yerinə yetirmirlər. Həyat yoldşımın xəstəxanada qalmasını məqsədəuyğun hesab edirlər. Bizim də maddi imkanımız tükənib. Xahiş edirəm ki, Səhiyə naziri Oqtay Şirəliyev həyat yoldaşımın müalicəsinin Bakıda davam etdirilməsi üçün təcili göstəriş versin. Əks halda övladım anasız qalacaq”.

Sabirabad Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Əziz Mikayılov Unikal.org –a açıqlmasında deyib ki, xəstənin vəziyyəti çox ağırdır: "Bakıdan özəl klinikadan əlavə dializ dəvət etmişik. Paytaxtdan iki briqada gəlir, hazırda yoldadırlar. Bu gün xəstəni müayinə edəcəklər. Xəstənin 3 il əvvəl 7 aylıq hamiləliyi pozulub. Həkim o vaxt ona müvəqqəti hamilə olmamağı tövsiyyə edib. Bir neçə gün əvvəl 230 təzyiqlə bura gətiriblər. Hazırda böyrəklər öz funksiyasını yerinə yetirə bilmir. Xəstə süni tənəffüz aparatına qoşulub. Belə vəziyyətdə olan xəstəni tərpətmək olmaz. Göz bəbəyinin üçdə iki hissəsi genişlənib.Yolda qanaxma arta bilər. Son sözü Bakıdan gələn briqada deyəcək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.