Üfunət iyi verən erməni siyasi tarixinin ən qara ləkələrindən biri:Parlamentdə terroru kim törətmişdi? (Foto+Video)
27-10-2017, 12:40
İşğalçı ölkə Ermənistanın kriminal hərbi-siyasi rejim tərəfindən idarə olunması bir faktdır. Bu fakt zaman-zaman Ermənistanda baş verən hadisələrlə elə ermənilərin özləri tərəfindən sübuta yetirilib. Ermənistan siyasi tarixində ən ləkəli günlərdən biri olan 1999-cu ilin 27 oktyabrında baş verdi. Həmin tarixdə Ermənistan parlamentində törədilən terror aktı birbaşa siyasi rəhbərlərin sifarişi ilə həyata keçirilmişdi.
Femida.az həmin terror aktının tarixçəsini və gizli qalan tərəflərini araşdırıb.
Ermənistanda parlamenti kim qana boyamışdı?
1999-cu il 27 oktyabr tarixində Ermənistanın Maliyyə naziri Levon Barxudaryan tribunada çıxış edərkən silahlı şəxslər parlamentinə girdi. Onlar dərhal deputatlardan telefonları bağlamağı və yerə uzanmağı tələb edirdilər. Terrorçular dövlət çevrilişi etdiklərini deyirdilər. Bu zaman yerdə bir neçə nəfərin meyiti var idi.
Terrorçular baş nazir Vazgen Sarkisyan, parlamentin spikeri Karen Dəmirçyan və 6 deputatı güllələmişdilər.
Terror aktını törədənlər Karen və Nairi Hunanyan qardaşlarının rəhbərlik etdiyi qruplaşma idi. Şahidlərin sözlərinə görə, onlar baş naziri öldürərkən “ bəsdir, bizim qanımızı içdin”, deyib və onu güllələyib.
Həmin hadisələrin birbaşa şahidi olmuş və sonradan hakimiyyət nümayəndələrinin sifarişi ilə qətlə yetirilən jurnalist Tiqran Nağdalyan yazırdı:
“Onlar içəri girərkən atəş açmağa başladılar. Biz baxanda baş-nazir Vazgen Sarkisyan və Parlamnetin spikeri Karen Dəmirçyan yerə uzanmışdı.Onlar dərhal ölmüşdü. Daha sonra Milli Məclisin sədr müavinləri Yuri Baxşyan və Ruben Miroyan, Əməliyyat məsələləri üzrə nazir Leonard Petrosyan, millət vəkili Armen Armenakyan və Ermənistan Milli Elmlər Akademiyasının akademiki Mikael Kotanyan da öldürdülər. Daha bir deputat “Hayastan” qəzetinin redaksiya sədri Henrix Abramyan isə terrorçular parlamentə girən zaman ürək tutmasından ölmüşdü... ”
Bu xəbər artıq bütün ölkəyə yayılmışdı. Ermənistanın prezidenti Robert Köçəryan da parlamnetin ətrafında toplaşanların arasında idi. Zalda 50-yə yaxın deputat və texniki işçilər terrorçuların əlində idi. Bir neçə saatdan sonra parlament terrorçulardan azad edilir.
Terroru törədənlər Nairi və onun kiçik qardaşı Karen,dəstə üzvləri Eduard Qriqoryan, Vram Qalustyan və Derenik Bedjanyan ömürlük həbs olunur. Onlara heç kimlə görüşməyə icazə belə verilməyib. Terrorçuların anasının meyiti bir neçə ildən sonra küçədə tapılmışdı. O ölümündən əvvəl qonşularına oğlanları ilə görüşməyə getdiyini demişdi.
“Oktyabrın 30-da Rusiyanın Baş naziri Vladimir Putin Ermənistanda idi.O 5 saatlıq səfərində rəhbərliyə müəyyən siyasi dəstək də verirdi..”, deyə erməni mətbuatı yazır.
Bəs parlamentdə terror kimə lazım idi?
Ermənistanın media.am saytı parlamentdə tördəlinə terror aktının arxasında məhz Ermənistan rəhbərliyinin dayandığını yazır. Saytın yaydığı materiala görə bu hadisəni araşdırmağa çalışan jurnalistlərin sonu ölüm idi.
Ermənistanın politik.am saytı jurnalist Tiqran Nağdalyanın məhz bu teror aktının canlı şahidi olduğu üçün öldürüldüyünü yazır. Saytın yazdığına görə, həmin hadisələr zamanı T.Nağdalyanın çəkdiyi kadrlar onun məhkəməyə çağırılmasına səbəb olub.
Sayt 2003-cü ilin aprelin 30-da yaydığı məlumatda onun qətli ilə bağlı daha bir şok faktı açıqlayır. Yazının müəllifi Vaaqan Qukasyan ( red- erməni dilində belə adlanır Վահագն ՂՈՒԿԱՍՅԱՆ) iddia edir ki, T. Nağdalyan parlamentdə baş verən terror hadisəsinin görüntülərinin bir hissəsini gizlədibmiş.
“O parlamentdə baş verən məlum terror aktı ilə bağlı sübutlara malik olduğu üçün R.Köçəryan onu ömürlük susdurmaqla yolundan götürdü”, deyə sayt yazır.
Jurnalistin o vaxtki hakimiyyətin ( red- Ermənistana rəhbərliyi 30 mart 1998-ci ildən 9 aprel 2008-ci ilədək Robert Köçəryan edib.) sifarişi ilə öldürülməsi ilə bağlı daha bir şok faktı digər erməni saytı armtimes.com yayıb. Jurnalist Tatev Xaçatryanın ( red- erməni dilində belə yazılır Տաթեւ Խաչատրյան) saytın 25.03.2014-cü il tarixdə “27 oktyabr hadisələrinin şahidləri vaxtından əvvəl ölürlər” (red- müəllif “27 oktyabr hadisələri” deyərkən 1999-cu ildə Ermənistan parlamentində baş verən terror aktını nəzərdə tutur.) başlıqlı yazısında bir neçə şahidin hakimiyyət tərəfindən aradan götürülməsindən bəhs edilir. Müəllif yazır ki, hadisələrin şahidlərindən olan Tiqran Nazaryanın xərçəng xəstəliyindən öldüyü bildirilsə də, əslində o vurulan iynədən ölmüşdü.
Müəllif daha bir şahiddən bəhs edərkən yazır:
“Parlamentdə baş verən terrorun canlı şahidlərindən biri olan Norayr Eqiazaryanın meyiti saxlanıldığı kameradan tapıldı. Rəsmi açıqlamaya görə o elektrik cərəyanı vurmasından ölüb... Amma həqiqət başqa idi. ”
Qeyd olunan bu terrorla bağlı Ermənistanda bu gün hakimiyyətdə yüksək vəzifə tutan şəxslərin də dolayısı ilə əlaqələri var.
Ermənistanın "Replik.am" saytının yazdığına görə Ermənistan parlamentinin vitse-spikeri Hermine Nağdalyanın 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentində terror aktı törədən qrupun rəhbəri olmuş Nairi Hunanyanla biznes sahəsində əlaqələri olub. H. Nağdalyan və N. Hunanyan 90-cı illərdə birlikdə ətir idxal edərək, satışı ilə məşğul olublar.
N. Hunanyan bir qrup silahlı dəstə ilə 1999-cu ildə parlamentə daxil olaraq, terror aktı törədən zaman yaralananlar arasında H. Nağdalyan da olub.
Tarixdən də göründüyü kimi Ermənistanda hakimiyyətə gələnlər terror və cinayətə əl atmaqdan belə çəkinməyib.Bu hal bu gün də davam edir.
[media=https://www.youtube.com/watch?time_continue=1&v=ok0Aifh5a0Y]