Aİ Ukraynanın demilitarizasiyasına qarşı çıxacaq

9-05-2025, 12:24           
Aİ Ukraynanın demilitarizasiyasına qarşı çıxacaq
Avropa İttifaqı (Aİ) Rusiya-Ukrayna müharibəsinin başa çatması üçün şərt kimi Ukraynanın demilitarizasiyasına və bloksuz statusuna qarşı çıxacaq.

TNS xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Aİ-nin diplomatik xidmətinin rəhbəri Kaya Kallas Varşavada Aİ xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.

"Nazirlər mümkün sülh nizamlanmasının prinsiplərini müzakirə ediblər", - o bildirib və vurğulayıb ki, Aİ Kiyevin demilitarizasiyası fikrinə, Ukraynanın NATO-ya qəbul edilməməsi öhdəliyinə qarşı çıxır və onun Avropa İttifaqına daxil olmasında israr edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru