SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! - Yeni idarə rəisi niyə hansısa MMC-də müavin postunda saxlanılır ki?

Bu gün, 12:50           
SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! -
Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) yeni təyinat olub.

"DİA-AZ" Report-a istinadla xəbər verir ki, Pərviz Ramiz oğlu İbadullayev SOCAR-ın "Neft Kəmərləri" İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

O, bu vəzifədə Vasif Əmirovu əvəz edib.

Məumatda o da deyilir ki, P.İbadullayev yeni vzifəsi ilə yanaşı, indiyədək tutduğu "SOCAR Midstream Operations" MMC-nin icraçı direktorun müavini vəzifəsində də paralel işləyəcək.

Mia.az xəbər verir ki, son illər SOCAR-da belə "ikili təyinatlar" artıb. Sanki ölkədə, daha dəqiqi, SOCAR-da ya kadr çatışmazlığı, ya da güvən problemi var. Fakt isə budur ki, bir qurumda rəhbər olan şəxsin digər qurumda - özü də MMC-də müavin vəzifəsi tutması nə etik, nə də qanun baxıımdan doğrudur. Üstəlik, unutmayaq ki, ölkədə minlərlə kadr var ki, onların peşəkarlaşması üçün münbir şətait yaradılsa, belə korrupsiyaya və ikrah doğuran hallara yol açan təyinatlara gerçəkləşməz.

Görünür, SOCAR-ın prezidenti Rövşən Nəcəf ya bu sahənin peşəkarı deyil, ya da qurumda onun iradəsindən kənar proseslər yaşanır...

Bu və ya bu kimi təyinatlarla bağlı araşdırmalarımız olacaq!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.