Yeniyetmələr arasında depressiya və intihar halları bu səbəbdən artıb

29-11-2017, 08:14           

ABŞ-da bir neçə il aparılan tədqiqatlar göstərib ki, 2010-2015-ci illərdə yeniyetmələr arasında depressiya və intihar halları artıb.

Trend-in məlumatına görə, bu müddət ərzində intiharların sayı 23 faiz, 13-18 yaş qrupu uşaqlar arasında isə 31 faiz artıb.

Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, intiharların və depressiya hallarının artması smartfonların və sosial şəbəkələrin yayılması ilə sıx bağlıdır.

Belə ki, gündə 5 saatdan çox vaxtını smartfonla və ya sosial şəbəkədə keçirən yeniyetmələr bir saatdan az vaxt keçirən yeniyetmələrə nisbətən 71 faiz daha çox depressiyaya meyillidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.