Parçalayıb böldülər böyük Azərbaycanı, Bizə miras qoydular kiçik Azərbaycanı.

4-07-2025, 15:04           
Parçalayıb böldülər böyük Azərbaycanı, Bizə miras qoydular kiçik Azərbaycanı.
Azərbaycanlı böyük sərkərdə, Əfşarlar İmperiyasının hökmdarı Nadir Şah Hindistanı fəth edərkən əldə olan qənimətləri daşımaq üçün 700 fil, 4 min dəvə, 12 min at lazım olmuşdu. Nadir Şaha təqdim olunmuş dünyanın 3 ən böyük brilyantından biri Kuh-i-Nur idi. Kuh-i-Nur ingilislər Hindistanı idarə etməyə başlayandan sonra İngiltərə kraliçasının tacındadır və hal-hazırda London Kral Muzeyində saxlanılır.
Nadir Şaha təqdim edilmiş 2-ci böyük brilyant olan Göy Brilyant hal-hazırda Moskvada almaz fondunda, 3-cü brilyant Dəryayi-Nur isə Tehran muzeyində saxlanılır.
Nadir Şah dünya tarixçiləri tərəfindən Çingizxan, Əmir Teymur,Makedoniyalı İsgəndərlə müqayisə olunur, Asiyanın Sonuncu Fatehi adlandırılır.
Şəkil: Nadir Şah və İngiltərə Kraliçası.
Cabir Novruz demişkən, Parçalayıb böldülər böyük Azərbaycanı,
Bizə miras qoydular kiçik Azərbaycanı.
Ətayə Odər Əkbərsoy
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru