Ərəb liderlərinin ABŞ-a səfərləri çoxaldı: QÜDSLƏ BAĞLI BAZARLIQMI GEDİR?
1-12-2017, 11:18
Son dövrdə bəzi Ərəb liderlərin Vaşinqtona olan səfərləri "Qüds bazarlığı gedir" deyə şərh olunur.
NOYABR AYINDA SƏFƏRLƏR ARTDI
Qüdslə bağlı hərəkətlilik davam edərkən, Körfəz və Ərəb ölkələrinin liderlərinin Vaşinqtona səfərlərindəki artım da gözdən qaçmır. Son olaraq İordaniya kralı Abdulla ilə Bəhreynin Vəliəhd Şahzadəsi Salman bin Həməd əl Halifanın bir gün fasilə ilə ABŞ paytaxtına səfər etmələri müşahidə olunub. Həftənin əvvəlində Vaşinqtonda başda vitse-prezident Mayk Pens olmaqla, Amerikalı üst səviyyə siyasi və təhlükəsizlik rəsmiləri ilə bir araya gələn kral Abdulla bu il ərzində dördüncü dəfə ABŞ paytaxtını ziyarət edib. Abdullahın Vaşinqtonda başda yeni “Yaxın Şərq” sülh planının başında duran Jared Kuşner və ABŞ-dakı Yəhudi lobbisinin əsas təşkilatı olan AIPAC rəsmiləri ilə görüşdüyü bildirilib. Kral Abdullah bir gün sonra ABŞ-a gələn Həməd əl Halifə də, prezident Trampla bərabər, dövlət katibi Reks Tillerson, müdafiə naziri Cim Mattis və digər rəsmiləri ilə bir araya gəlib. Noyabr ayının əvvəlində isə Səudiyyə Vəliəhd Şahzadəsi Məhəmməd bin Salmanın sağ əli kimi tanınan Körfəz İşlərindən Məsul nazir Samir es-Sebhan Vaşinqtonda yüksək səviyyəli danışıqlar aparmışdı. Noyabr ayında Ərəb ölkələrindən ABŞ paytaxtına intensivləşən səfərlərin Fələstində başlayan sülh prosesi və Qüdsün statusuna dair sazişlər ilə yaxından əlaqəli olduğu bildirilir. Məlum olduğu kimi, oktyabr ayının sonunda Trampın kürəkəni və müşaviri Jared Kuşnerin ər-Riyadda gizli səfərdə olduğu və Məhəmməd bin Salman ilə bir neçə gün davam edən planlaşdırma və strategiya işləri apardığı ortaya çıxmışdı.
Bəzi məlumatlara görə, Qüdsün İsrailin paytaxtı olması prosesi sürətləndirilib. İsraildə yayımlanan “Hadashot” adlı xəbər proqramı ABŞ prezidenti Donald Trampın bir neçə gün ərzində Qüdsü İsrailin paytaxtı elan edəcəyinə dair xəbəri də bu iddiaları gücləndirib. Xəbərin, ABŞ vitse-prezidenti Mayk Pensin, "Donald Tramp ABŞ səfirliyini Qüdsə daşımaqda qərarlıdır" açıqlamasından dərhal sonra gəlməsi diqqət çəkib. Ağ Evdən edilən açıqlamada isə səfirliyin köçürülməsinə və Qüdsün paytaxt kimi tanınmasına dair hər hansı bir təqvimin olmadığı bildirilib. Həftənin əvvəlində 140 min Fələstinlini Qüdsün sərhədləri xaricinə çıxarılması haqda bir qərar İsrail Parlamentindən (Knesset) keçirilmişdi. Buna rəğmən qərara demək olar ki, heç bir Ərəb öllkəsindən reaksiya gəlməməsi də diqqətlərdən qaçmayıb.
Müxalifət.az