Ermənistan xüsusi təyinatlılarının “vor zakon” komandiri – ARAŞDIRMA

2-12-2017, 20:18           
Ermənistan xüsusi təyinatlılarının “vor zakon” komandiri – ARAŞDIRMA
Ermənistan prezidenti Serj Sarkisyan tərəfindən idarə olunan hökumətdə kriminal qruplaşma rəhbərləri olan oliqarxlar və onların banda üzvləri təmsil olunur. Başda Sarqsyan olmaqla bu hərbi-kriminal oliqarx sistemi ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatını tam şəkildə öz inhisarına alıb.

Vəziyyət o həddə çatıb ki, artıq hökumət təmsilçiləri bunu açıq-aşkar etiraf etməkdən belə çəkinmirlər. Hətta Ermənistan KİV-i qapalı rejimdə fəaliyyət göstərsə belə, zaman-zaman hakim elitanın kriminal fəaliyyəti barədə ilginc məlumatlara rast gəlinir.


Prezidentin qardaşı Aleksandr Sarqsyan, “Nemes Rubo” ləqəbli Ruben Ayrapetyan, “Lfik Samo” ləqəbli Samvel Aleksanyan, Qaqik Tsarukyan və digərlərinin ardından, Ermənistan xüsusi təyinatlı dəstəsinin komandiri, polkovnik Arsen Kotoyanın da kriminal qruplarda məsul yer aldığı bildirilir.

Kriminal keçmişinə baxmayaraq “yeni erməni elitası”nın bu nümayəndəsi 2007-ci ilədək İrəvandakı “paytaxt” polkunda xidmət edib və burada batalyon komandiri olub. 2007-ci ildən Üçmüədzin hərbi hissəsinin komandiri, daha sonra isə Ermənistan Müdafiə Nazirliyi kəşfiyyat idarəsinə təyin edilib.

Araşdırmalar zamanı, Arsen Kotoyanın kriminal keçmişi ilə bağlı bəzi təfərrüatlar aydın olub. Məlumata görə, Arsen Kotoyan oğru aləmində “Metaski Ser” adı ilə tanınan Seryoja Kotoyanın böyük oğludur. “Metaski Ser” məşhur kriminal avtoritet “Svo Rafo” ilə çox yaxın olub və onun bir çox qanunsuz işlərinin həm Ermənistanda, həm də ümumi SSRİ ərazisində davamçısı və icraçısı rolunda çıxış edib. 1997-ci ilə təsadüf edən növbəti qarşıdurmalardan birində “Metaski Ser” Xorenatsi küçəsində özünə məxsus olan mağazada öldürülüb.

Artıq uzun müddətdir ki, hüquq mühafizə orqanları qatili tapa bilmirlər.


Həmin zaman müstəntiqlərin versiyasına görə, “Metaski Ser”in öldürülməsi üçün motiv yalnız hökumətdə ola bilərdi. İzlər “əfqan veteranlar”a aparırdı. Cari halda əsas sübut “Metaski Ser”in “əfqanlar” tərəfindən nəzarət edilən “qumovski” bazarını ələ keçirmək istəyi ilə bağlı olub. Avtoritetin həyat yoldaşı Alinanın məlumatına görə, hətta həmin vaxt Gevorik adlı bir nəfəri həbs ediblər. Lakin 1998-ci ildə “əfqan veteranlar” məhkəmə prosesinə Gevorikin “ağası” Robert Koçəryanın müdaxiləsinə nail olublar və cinayət açılmamış olaraq qalıb.

Qeyd edək ki, “qumovskiy” bazarı və onun yaxınlığında yerləşən dayanacaq uğrunda daha bir bənzər qarşıdurma Anton Kotoyanla yaxşı əlaqələrə malik “qara Qaqo” ləqəbli İrəvanın keçmiş meri Qagik Beqlaryanla “Lifo” ləqəbli avtoritet arasında baş tutub.


Arsen atası kimi mütəmadi olaraq “xalq əmlakı”nın mənimsənməsi kimi kriminal işlərdə iştirak edib. Bu səbəbdən atasının taleyini yaşamağa yaxın olması təəccübləndirici deyil. Belə ki, 7 iyun 2007-ci ildə, cümə günü təxminən səhər saat 7:40-da İrəvanın Ayhestan küçəsinin 14 nömrəli evinin yanında naməlum şəxs avtomobilə avtomatdan atəş açır. Sükan arxasında isə 33 yaşlı Arsen Kotoyan olub.

Lakin Kotoyan ölmür. O, sol körpücük sümüyü və sağ əlindən güllə yaraları alır. Atəş açan isə hadisə yerindən yayınmağa müvvəffəq olur.

Hadisə yerinə gələn hüquq mühafizə orqanları əməkdaşları AKM avromatından atılan 12 ədəd giliz aşkarlayıblar.

Ən maraqlısı isə budur ki, oxşar hadisə bir neçə il sonra Kotoyan avtobus marşrutu ilə evə qayıdarkən təkrarlanır. Lakin o, bu dəfə də ölmür.

Polis əməkdaşları Kotoyanı sorğu-sual edərkən o, atəş açan şəxsi görmədiyini bildirsə də, hüquq mühafizə orqanının əməkdaşları Kotoyanın həmin şəxsin kim olduğunu bilməsi qənaətində olublar.


Arsen Kotoyana qarşı edilən hücumla bağlı sonradan yenidən açılan cinayət işi çərçivəsində yeni versiyalar meydana gəlib. Onlardan birinə əsasən, Arsen atasının qətli ilə bağlı müstəqil araşdırma apararaq vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə günahkarları şəxsən “cəzalandırmaq” istəyirdi.

Həmçinin maliyyə vəsaitləri zəminində də (obyektlərin bölüşdürülməsi, əmlaka nəzarət və s.) hücumun baş verməsi versiyası mövcud idi. Məlumata görə, Kotoyanın İrəvanda, xüsusən Metaks rayonunda bir neçə obyektə malikdir və baş verən cinayətin bu faktla bağlı olması da güman edilir. Başqa bir versiyaya görə isə hücum üçün motiv Kotoyanın “peşəkar” fəaliyyəti ola bilərdi.

Unutmayaq ki, hazırda Ermənistanın oğru sistemi rəhbərlikdə olan şəxslərlə əlbirdir və oğrular hökumət nümayəndələrinə istehsalatdan vəzifələrinin yerinə yetirilməsinədək ən müxtəlif məqsədlərini realizə etməkdə kömək göstərirlər.

Ordu.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.