Lotu Quliyə qarşı 4 azərbaycanlı “vor zakon” -Lənkaranskinin klanı müharibəyə başlayır
3-12-2017, 02:23
Uzunmüddətli sakitçilikdən sonra kriminal aləmdə hadisələr qızışmağa başlayıb.
Realmedia.az xəbər verir ki, azərbaycanlı oğrular arasında yeni müharibə gözlənilir. Bu haqda “mzk1.ru” portalı məqalə dərc edib.
4 azərbaycanlı qanuni oğru kriminal aləmin respublikada şəksiz lideri sayılan Lotu Quliyə qarşı birləşiblər.
Bunlar Rafiq Eyvazov( Rafiq Masallinskiy), Cavid Məmmədov( Dato Ağcabedinskiy), Emin Əhmədov(Emin Hacıqabulski) və Ceyhun Əskərovdur (Ceyhun Gencinskiy).
Bu oğrulara Suxumu oğruları tərəfdən tam dəstək verilib. Xatırladaq ki, Suxumi klanı bir vaxtlar mərhum Rövşən Lənkaranskinin klanına daxil idi. Əlavə olaraq bildirilir ki, “dördlüyə” Lənkaranskinin Moskvada olan qohumu Zaur da qoşulub. O şimal paytaxtında bir neçə topdansatış məntəqələrinə nəzarət edir. Həmin məntəqələrdə Rafiq, Dato, Emin və Ceyhunun da şəriklikləri var.
Quliyə qarşı birləşən oğruların hər birini öz motivi var. Məsələn Rafiq Eyvazov heç vaxt Səlifovla dostluq münasibətində olmayıb. Üstəlik 2013-cü ildə həbsə düşəndə Lotu Quli “zon”a onun oğru olmadığı haqda “malyava” göndərmişdi.
2017-ci ildə isə Qulinin adamları onun qulağını kəsdilər.
Cavid Məmmədov isə Moskvada təsadüfən Səlifovun maraqlarına toxunmuşdu. Qulinin döyüşçüləri Cavidin olduğu ofisə gəlib onun adamlarını vəhşicəsinə döydülər. Özünə əl vurmadılar. Adi döyüşçü oğruya əl qaldıra bilməz. Amma xəbərdarlıq edildi ki, “lazım olmaya yerə girmə”.
Bu hadisədən sonra Məmmədov Yunanıstana getdi və orada Dato Kutaiski ilə yaxınlaşdı. Məhz Kutaiski ilə yaxınlaşdıqdan sonra o Quliyə qarşı cəbhədə yer aldı.
Emin Əhmədov isə 2013-cü ildə həbsə düşəndən sonra “vor zakon” adını alıb. Lakin Qulidən həbsxanaya “malyava”gəlib ki, Emin oğru sayılmır. Çünki heç bir azərbaycanlı Qulinin razılığı olmadan oğru adı ala bilməz.
Hər halda Emin həbsxanada oğru kimi cəza çəkir. Bunda tanınmış slavyan “vor zakon” Yuriy Piçuqinin (Piçuqa) rolu var.
Sonuncu “müxalifətçi” – Ceyhun Əsgərov isə elə Quli tərəfindən 2014-cü ildə taclandırılıb. Sonradan nə isə aralarında narazılıq olub deyə Əsgərov cəbhəni dəyişib.
İlqar Atabəyli