"...düşmən yaxın zamanlarda Azərbaycanın Silahlı Qüvvələri ilə təmas xəttindəki vəziyyəti yenidən" -Hərbi ekspertdən açıqlama

3-12-2017, 10:46           

Əziz dostlar! Hörmətli həmkarlar!
Haqqında danışmaq istədiyim məsələ Milli Məclisin sonuncu iclasında baş verib və mətbuatımızda bu haqda geniş açıqlanmasa da, hesab etdim ki, bu barədə mütləq öz fikirlərimi sizlərlə bölüşüm.
Ondan başlamaq istərdim ki, dünən Ermənistanın cinayətkar və şərəfsiz prezidenti Serj Sarkisyan Minskdən KTMT-nin toplantısından İrəvana qayıdan kimi, dərhal Azərbaycanın işğal edilmiş ərazilərinə - Qarabağa baş çəkdi. Və onun Xankəndinə gələrək işğal zonasının hərbi idarəsi adlandırılan qurumda müşavirə keçirməsinə sıradan adi bir hadisə kimi də yanaşmaq lazım deyil. Bu o deməkdir ki, gərginləşdirmək və təxribatlar törətmək üçün konkret addımlar atmağa başlıyacaq. Ötən illərin məhz dekabr-yanvar aylarında işğalçının həyata keçirdiyi çirkin əməllər onu deməyə əsas verir ki, bu il də istisna olmayacaq. Prinsip etibarı ilə Müdafiə Nazirliyinin rəhbərliyi və yerlərdəki birləşmə, birliklərin komandirləri vəziyyətə tam nəzarət edirlər, düşmənin bütün hərəkətləri, atmaq istədiyi addımlar davamlı izlənilir, qabaqlayıcı tədbirlər həyata keçirilir. Bunu son vaxtlar mütəmadi olaraq cəbhə bölgəsinə gedib-gələn adam kimi də şəxsən yerində-səngərlərdə, eləcə də səhra, stasionar şəraitlərdə olan hərbi hissələrdə müşahidə etmişəm. Son bir neçə ildə demək olar ki, əksər hərbi birləşmə və birliklərdə istər stasionarda olan şəxsi heyətin, eləcə də səhra şəraitində xidmət aparan əsgər və zabitlər üşün ən müasir sosial şəraitinin yaradılması işləri aparılıb və aparılır. Bir neçə gün bundan öncə Ali Baş Komandanın da Tərtər-Ağcabədi səfərləri zamanı baş çəkdiyi hərbi hissələrdəki ideal və gözoxşayan vəziyyət də hər birimizi sevindirdi.
Lakin, Milli Məclisin bəzi üzvləri sonuncu toplantı zamanı düşmənin mənfur hərəkətlərinə öz etirazını bildirmək və buna diqqəti yönəltmək əvəzinə, yenə öz köhnə amplualarına sadiq qalaraq guya diqqəti Silahlı Qüvvələrdə olan bəzi tənqidi məqamlara yönəltməyə cəhd ediblər. Heç kim demir ki, Silahlı Qüvvələrdə hər şey ideal vəziyyətdədir. Ciddi narahatçılıq və ya gərginlik olanda biz ictimaiyyət və mətbuat nümayəndələri olaraq sosial mediyada bu haqda lazım olani edirik. Amma, gəlin ədalətli olaq. Çöx şükürlər olsun ki, aparılan ciddi nizam-intizam işlərinin nəticəsi kimi son zamanlar əvvəlki illərə xas olan bəzi xoşagəlməz hadisələrin sayı kəskin azalıb. Düşmənlərimizdə isə bu tam əksinədir. Demək olar ki, elə bir gün və ya həftə olmur ki, onlarda ya ölüm, ya da ağır nəticələrə səbəb olan hadisələr baş verməsin. Bizdə isə şükürlər olsun ki, həm əsgər və zabitlərin xidməti vəzifələrinin icrası zamanı öz məsuliyyətlərini bir az da dərindən başa düşmələri və yuxarı komandanlığın həyata keçirdiyi profilaktik tədbirlərin də böyük rolu var ki, nəticələr xeyli ürəkaçandır.
Son vaxtlar isə əksər qarnizonlarda görülən saysız-hesabsız tikinti-quraşdırma işləri, yeni hərbi şəhərcliklərin və yaşayış obyektlərin yaradılması, hərbçilərin qida rasionu ilə bağlı görülən işlər təkcə bizi deyil, mütəmadi olaraq hərbi hissələrə baş çəkən xarici ölkələrin Azərbaycandakı səfirliklərin hərbi attaşelərinin də böyük marağına səbəb olur. Bunu onlar xüsusi olaraq qeyd edir və öz ölkələrinin müdafiə, təhlükəsizlik qurumlarına ətraflı hesabatlar göndərirlər.
Bütün sadaladığım və sadalamadığım müsbət işləri əgər xarici diplomatlar görür və qiymətləndirirlərsə, nədən bəzi adı millət vəkili olan şəxslər görmür və ya qərəzli şəkildə haqsızlığa yol verirlər?
İnanmaq istərdim ki, Milli Məclisin bəzi üzvləri öz həmkarları- hörmətli Qənirə Paşayeva, Adil Əliyev, Aydın Mirzəzadə, Xanhüseyn Kazımlı,Aydın Hüseynov, Elman Nəsirov və bir neçə adını qeyd etmədiyim yoldaşlar kimi cəbhə bölgəsində olan hərbi hissələrə davamlı da olmasa, ildə ya bir, ya da iki dəfə baş çəksələr çox yaxşı olar. Bu onlara yerlərdəki real vəziyyətdən birbaşa xəbər almalarına imkan yaradar. Ancaq, yolu bir dəfə də olsun əsgər və zabitlərlə görüşə düşməyən bəzi millət vəkilləri isə yaxşı olardı ki, haqsızlıq etmək əvəzinə, diqqətlərini düşmən ordusunun acınacaqlı vəziyyətinin təhlilinə yönəldərdilər.
Özüm bilərəkdən geniş şəkildə ad və soyad göstərmədən, bəzi mətləbləri də xırdalamadım ki, bundan düşmənlərimiz də istifadə etməsinlər.
Tanrı Azərbaycan ƏSGƏRİNİ qorusun!!
Silahlı Qüvvələrimizə eşq olsun!
Üzeyir Cəfərov












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.