"Sərkisyanı da Melkonyanın aqibəti gözləyir" - Cəlladın cəlladı olmuş kəşfiyyatçımız...

3-12-2017, 15:14           
"Sərkisyanı da Melkonyanın aqibəti gözləyir" - Cəlladın cəlladı olmuş kəşfiyyatçımız...
Noyabrın 25-də erməni terrorçusu, ASALA-nın əsas zərbə qüvvəsi heab olunan Monte Melkonyanın 60 yaşı tamam oldu və noyabrın sonlarında bir neçə gün ərzində türk qənimi olan bu qaniçən cəlladın adının əbədiləşdirilməsi üçün İrəvanda və Xankəndində çoxsaylı tədbirlər keçirildi.

Mövzunun aktuallığını nəzərə alaraq Moderator.az-ın əməkdaşı Monte Melkonyanın başını kəsmiş cəsur kəşfiyyatçımız İbad Hüseynovdan “Melkonyan heç yuxunuza girirmi və yenəmi sizdən yalvararaq imdad diləyir” sualı ilə məsələyə münasibət öyrənib. İ. Hüseynov deyir ki, inşallah Serj Sərkisyanı da Monte Melkonyanın aqibəti gözləyir:

"Yuxularımda görməmişəm. Açığı, heç zaman yuxuma girməyib. Amma hər zaman düşüncələrimdə olub ki, Türk cəlladı olan belə bir qəddar terrorçunu cəhənnəmə yollamışam və artıq o bir daha kimsəyə qarşı qəddarlıq edə bilməyəcək. Bundan çox rahatlıq və təskinlik tapıram. Hesab edirəm ki, Monte Melkonyanı məhv etməklə xeyli sayda şəhidimizin günahsız qanını almışıq. Onun adının ermənilər tərəfindən bu cür əbədiləşdirilməsi, adına küçə və parkların verilməsi isə işğalçı dövlətin özünüifşasından başqa bir şey deyil. Təkcə bizlər deyil, bütün dünya Melkonyanın zaman-zaman törətdiyi silsilə cinayətlərdən xəbərdardır və rəsmən etiraf etməkdən çəkinsələr də bütün dünya onu terrorçu kimi tanıyırdı. Belə bir cəlladın milli qəhrəman kimi təqdimatı əslində Ermənistanın mahiyyətini ortaya qoyur və terrorçu dövlət olduğunun isbatıdır".

Sərkisyanın növbəti dəfə Xankəndinə gələrək işğlaçı qoşun rəhbərliyi ilə toplantı keçirməsinə toxunan İbad Hüseynov onu da əli günahsız insanların qanına batmış cəllad hesab etdiyini bildirdi:

“Mən inanıram ki, Sərkisyan Azərbaycan torpağına icazəsiz ayaq basdığına görə bir gün öz canı ilə cavbab verəcək. Azərbaycan cəngavərlər yurdudur və əminəm ki, bir gün bir igidimiz meydana çıxaraq onu Qarabağa gəldiyinə peşman edəcək. Necə ki, Amerikadan basıb gəlmiş bir terrorçunu məhz Azərbaycan torpağında başını kəsdik, Sərkisyanın da qanı elə cinayətlər törətdiyi Azərbaycan torpağına axıdılacaq. Bu, qisasın qiyamətə qalmadığının isbatı, tarixi ədalətin zəfər çalması olacaq. Çünki o Azərbaycan ərazisində misilsiz cinayətlər tötərdib, elə bu torpaq da ona məzar olacaq. Özü də onu sadəcə güllə ilə vurmaq yox, melkonyan kimi başı kəsilməlidir. O zaman işğalçı ermənilər qarşılarında kimin olduğunu anlayacaqlar”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.