ABŞ Suriyadan gündə 10 milyon dollar oğurlayır
5-12-2017, 11:55
FaktXəbər-in məlumatına görə, ABŞ-ın Suriyada kürd yaraqlılara maliyyə və silah dəstəyi göstərməsi Vaşinqtonun bölgədə milyonlarla dollar gəlir əldə etməsi ilə nəticələnir. ABŞ və PKK ittifaqı Haseke-Rimelan rayonuna bağlı 4-ci Süveydiyyə mərkəzindən İraqın Ayn Zəla bölgəsinə kimi neft yataqlarından sutkada ən azı 17 min barrel neft oğurlayır. Suriya və İraq hökumətinə məxsus bu neftdən gələn aylıq qazanc isə 10 milyon dollarlıq təşkil edir.
ABŞ Suriyaya necə daxil oldu?
Suriyanın Kobani şəhərində kürdlərin qətliamını bəhanə edərək Suriyaya daxil olan ABŞ ordusu Rimelanı ilk baza bölgəsi olaraq seçib. 2014-ci ilin oktyabr-noyabr aylarında başlayan qaçaq neft ticarəti ilkin mərhədə İŞİD terrorçularının dəstəyi ilə reallaşıb. Peşmərgə döyüşçülərinin nəzarətində olan bölgədə toplanan qaçaq neft isə Ərbildəki Avropa şirkətləri vasitəsi ilə ölkədən çıxarılıb.
ABŞ-PKK əməkdaşlığının qazancı
Rimelan-Ayn Zəla neft kəməri İraqın sabiq prezidenti Səddam Hüseyn tərəfindən 1991-ci ildə tətbiq olunan embarqonu aradan qaldırmaq məqsədilə inşa edilib. İŞİD bəhanəsi ilə 2014-cü ildə ölkəyə soxulan Birləşmiş Ştatlar İraq-Suriya arasındakı bu marşrutu bərpa edib. ABŞ və PKK əməkdaşlığı ilə açılan xətdən qaçırılan neft 60 faiz ucuz satılıb. İlk gündən etibarən ABŞ və PKK bu yolla 500 milyon dollardan çox qazanc əldə edib. Qurudan tankerlər və kəmər vasitəsilə Suriyadan qaçırılan neft son 3 ildə 5 milyard dollardan çox gəlir qazandırıb.