Qan qrupları haqqında bilməli olduğunuz maraqlı faktlar
18-12-2017, 10:46
Dörd qrup qan var və onlara əsasən insan orqanizmi haqqında çox maraqlı məlumatlar öyrənmək olar.
Milli.Az bu yazıda oxucuları qan qrupu haqqında bilməli olduğu faktlarla tanış edir. Bu məlumatlar sizə orqanizminizi daha yaxından tanımağa kömək edəcək.
1. Faydalı məhsullar
1-ci qan qrupu: Ət, balıq və tərəvəz. Süd məhsulları, emal edilmiş qidalardan imtina edin.
2-ci qan qrupu: Vegetarian yeməklər, balıq, toyuq və yoqurt. Paxlalı, kəskin məhsullar və qəhvədən uzaq olun.
3-cü qan qrupu: Süd məhsulları, mal əti, balıq, tərəvəz və çay. Alkoqollu içkilərdən və konserv məhsullarından istifadə etməyin.
4-cü qan qrupu: Təzə, ekoloji cəhətdən təmiz məhsullar. Enerjinizi tükədən qızardılmış yeməkdən imtina edin.
2. Şəxsiyyət tipi
1-ci qan qrupu: Praktik, inadlı, diqqətli, həssas.
2-ci qan qrupu: Rəhmli, mütəşəkkil, təsiredici, lider.
3-cü qan qrupu: Meditativ, çevik, mehriban, nəticəyə köklənən.
4-cü qan qrupu: Ağıllı, sakit, güclü, liberal.
3. Stress reaksiyası
1-ci qan qrupu: Alovlu qəzəb genetik ötürülür. Vizual mənzərələr və xoş bir şeyin görüntüsü sakinləşməyə kömək edir.
2-ci qan qrupu: Yüksək həssaslıq, stressdən çıxmaq üçün çox vaxt tələb olunur. Çoxlu içki sakitləşməyə kömək edəcək.
3-cü qan qrupu: Əsasən sakit, lakin bəzən emosiyalara nəzarət etmək mümkün olmur və siz özünüzdən çıxırsınız. Asta-asta nəfəs almaq daxili harmoniyaya qayıtmağa kömək edəcək.
4-cü qan qrupu: Stressin öhdəsindən çox yaxşı gəlirsiniz, tarazlığınızı pozmaq olduqca çətindir. Fəallıq və fiziki yükləmələr gərginliyi aradan qaldırmağa kömək edir.