92-ci ildə Qarabağda - Qarabağın Həcərindən XATİRƏLƏR

18-12-2017, 16:21           
92-ci ildə Qarabağda - Qarabağın Həcərindən XATİRƏLƏR
92ci ilin martin 18 də prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədovun çaqrişiyla,Ali Sovetə getdim.İlk əvvəl Milli Hərəkatdan rəqbət bəslədiyim,Ali Sovetin sədr muavini Tamerlan Qarayevlə goruşdum.Həmin saat 10-12 aqdamli numayəndə gəlmişdi onun yanina.Mən qisaca bildirdim ki.Yaqub muəlim məni qəbula çaqirib.O da dedi ki,hansi təklif olsa,onunla məsləhətləşim.Qəbul başladi.Təsadufən Nazirlər Kabinetinin sədr əvəzi,uzaq qohum Feyruz Mustafayev də qəbulda iştirak etdi.O goruşdə mən Yaqub Məmmədovun nə qədər vətənpərvər,millətçi biri olduqunu gordum.Yadiniza salim ki,bu yaxin gunlərdə sizə danişdiqim xatirəmdə,onun martin 15 də Aqdama gəlişi mənim bolgədən Bakiya gələrək, ona çatdirdiqim aqir durumla əlaqədar olmuşdu.O da gəlib iclas keçirmiş,Aqdamda tapşiriqlarini vermiş,çoxdan bəri kusulu olan komandirləri-Allahvedi ilə Yaqub rəhmətlikləri barişdirmiş,hamini birgə olmaqa çaqirmişdi.Yadimdadir,tribunaya çaqrilmiş komandirlər barişiq çaqrişina ilk oncə tərəddud etsələr də,ilk olaraq Allahverdi əl uzatmişdi,Yaquba.Onda bir daha onun boyukluyunu gormuşdum... Mən qəbul vaxti prezidentə Fizulidə,Cəbrayilda,Qubadlida,Aqdamda,Bərdədə,Tərtərdə,Goranboyda,Laçin və Şuşada baş verənlərdən,vəziyyətlə əlaqədar insanlarimizin gorduyu işlərdən danişaraq, Xocali faciəsinin rayonumuzda torətdiyi çətinliklərdən soz açib,sərhəd boyunca ermənilərin qabaqinda dayanan şir urəkli oqullarimizdan danişmişdim.Mənim soylədiklərimin onda ruh yuksəkliyi yaratdiqini da,kədərləndirdiyini də gorurdum.Mərhum Baba Nəzərlinin oqlunun Xocalida itgin duşməsini,ozunun hələ də Qarabaqa koməyini əsirgəmədiyini danişirdim,belə bir adamdan mudafiəmiz uçun istifdə edilməsinin faydali olacaqini yada salirdim.Onda.O,dedi ki,bu haqda eşitmişəm,və bunu Mudafiə naziriylə məsləhəətləşəcəm.Mənim və adlarini sadaladiqim oqullarin gorduyu işləri alqişlayidi.Yerindən qalxaraq masanin ustundəki xəritəmizin ustunəə əyildi,əlini xəitənin uzərinə qoyub dedi:"İmkanim olsa,əlimin tuduqu ərazinin idarəçiliyini sənə verərdim,amma get otur, Bərdədə icra başçisi,Aqdamla Tərtərə komək elə" Yerimdən qalxib dedim ki,Yaqub muəllim,əvvəla,mən Bərdənin neçə hektar əkin sahəsi olduqunu da bilmirəm.kənd təsərrufatindan başim çixmir,ikincisi bizim başçi Yusif Allahverdiyev rayonun aqsaqqalidir həm də,atamla Bakida oxuyan vaxtdan dost olublar,bir stəkan yarmani yari bolublər,mən onun yerinə getmərəm,mənə səlahiyyət verin,hərbidə koməyimi edim.Onda da belə cavab verdi ki,sən hərbçi deyilsən,Yusif muəllimi mən də yaxşi taniyiram,gətirib Bakida yaxşi iş də verəcəyəm,səninsə əmrini,ayin 26 da olacaq sessiyadan sonra verəcəyəm,atan da,əmin də təsərrufat adamlaridirlar,işləməyinə komək edəcəklər.Onda mənə 10 dəqiqəlik çixib bu qərari yaxinlarimla məsləhətləşməmi istədim.İcazə verdilər,aşaqi duşub,Tamerlan bəyin otaqina girəndə,otaqi adamlarla doluydu.Məni qapida goruncə,yanina çaqirib yavaşdan vəziyyəti soruşdu,biləndə dedi ki,razi olma,hakimiyyətə ozumuz gələcəyik,işi də ozumuz verəcəyik. Mən Yaqub muəllimin otaqina çixib məni gondərməməsini xahiş etdimsə də,dedi ki,ayin 26sinda əmrin olacaq.Bəlkə də,bu noqtə-vergulunədək yazdiqim həqiqətlərə kimlərsə şubhə edər,buyurun,Yaqub muəllim saqdir...Tamerlan Qarayev haqqindasa o vaxtdan.bu vaxta qədər fikirlərim dəyişməyib,ona atilan çamurlari qərəzli saymişam və bu nədənlərin səbəbləirnə də hələ yuxari eşalonun "mətbəxindən" haliyam...Hələ 92 nin fevralin 12 dən Aqdama gəlişinin ilk saatindan onun camaatin mudafiəsi naminə atdiqi addimlardan xəbərdar olmuşam.Həmin gunlərdə icraiyyə komitəsində yerləşən qərərgahdan axşam saat 6 radələrində çixarkən, həmin gunu Aqam qərərgahina gəlmiş,Fəhmin Haciyevin muhafizəçiləri bayir qapidan çixarkən qarşimi kəsmiş,pasportumu istəyib baxmişlar və məni camaatin gozu qarşisinda etirazima baxmayaraq Akt alina salaraq uzumə qapini baqlamişdilar.Guya pasportumda zaqs qeydi qalin hərflə yazilibmiş,erməniyə işləyirmişəm,bəlkə...3 nəfər oturub rəyasət kursusundə,mən aşaqida, uzucu sorqu başlanib və baş mustəntiq vəzifəsini Rəfayil adli doyuşçu-muhafizəçi aparir...Birdən zalin qapisi yumruqlanir,etiraz səsləri və təpiklə açilan qapi,əlində qumbara tutan saqqlli bir cavan.Məni buraxmayacaqlari təqdirdə qumbara atilacaq xəbərdarliqi.Çoldə hay-kuy var və cmaatin içindən deyirlər ki,nə istəyisiz.ondan,elə bizim halimiza yanan odur.Məni duz milis idarəsinədək muhafizə edirlər.Əlində qumbara olan cavanin adini Nurəddin deyirdilər.Artiq gordum ki,haminin bu olaydan xəbəri var,Miiis idarəsinə hər axşam gedib ordan Bərdəyə qayidan milis işçiləriylə qayitiqimi keçən yazilarimda danişmişdim.Milisdə Tamerlan bəy vardi və bu olaydan narahatçiliq keçirmişdi.Onu da deyim ki,onun qərərgaha ilk gəlişi saatinda fevralin 12də,goruşəndə mənə demişdi ki,Yelmar muəllimin-atasinin, yaninda olacam,gələrsən,burdaki vəziyyəti mənə danişarsan..Ustundən bir saat keçməmişsə 4 cu mərtəbənin pilləkaninda qarşilaşanda mənə demişdi ki,Aqdamda sənə təhlukə var,yaxşi olar ki,Bərdəyə qayidasan.Onda cavab vermişdim ki,mən olənlərdən artiq deyiləm və burdan da heç hara getməyəcəyəm...Miiis idarəsində Tamerlan bəy mənim Bərdəyə bu vaxti getməyimi də təhlukəli syib,məni bibisinin-taninmiş həkim Raisə xanimin evinə gecələməyə gondərmişdi.Səhər saat 8 də isə Bərdənin milis rəisi Ənvər Quliyev həmin evə zəng edib mənə demişdi ki,təcili Bərdəyə qayidim.Qayidanda bilmişdim ki,artiq mən qərərgahda çoxunun boqazinda daş armuduymuşam.Amma inadla qayidib oz işimi davam etdirirdim.Qaçqinlari yerləşdirməkdən tutmuş,yaranan dəstələrə komək verdirməyədək.Bir gun Bərdə alayinin pəhləvan cussəli.dəniz zabiti,komandir Elçin Əliyevi,cinayət aləmində taninan Raqufu,goturub Bərdənin Aqali kəndindən olan doyuşçumuz Rəhimin QAZ-24 maşininda qərərgaha gəlmişdim.Onda da iki gun oncə 4 cu mərtəbədə Tahir Əliyev oturan kabinetin şuşələrinin gullələnməsni sonralar bizdən biliblərmiş deyə həmin adamlarla Tahir Əliyev MN olan gunlər yanina gedib belə işlərin bizlik olmadiqini soyləmişdik.Bunlari danişmaqda məqsədim birdir:XAOS yaşayan bolgədəki xəyanətləri sizə çatdirmaq,iş gorən insanlara qari maneələr torədilməsini anlatmaq,bu çətinliklərin fonunda hərbi paltar geyib səngərə getməyin nə demək olduqunu aydinlatmaq...Mənsə Ali Sovetdə qəbuldan çixarkən nələrlə rastlaşmişdim,bu qəbulun aqir sonunclari...Ardi var
Səbirəı Mahmudova












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.