Ermənistanın müdafiə naziri Ohanyanın atası azərbaycanlı olub - Sensasion faktlar
10-09-2015, 15:06
Surxay Mədətov Aida Ohanyanın üzünə niyə kislota atıb?
Ermənistan rəhbərliyində taleyi Azərbaycanla bağlı bir çox sima var. Onlar arasında əsas diqqət çəkən şəxslərdən biri hazırki müdafiə naziri Seyran Ohanyandır.
Avropa.info xəbər verir ki, o, torpaqlarımızın işğalında aktiv iştirak edib. Halbuki, Ohanyanın həyatının Azərbaycanla bağlı hissəsi var.
Seyran Ohanyan 1962-ci il iyulun 1-də Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Şuşa şəhərində anadan olub. Onun valideynləri azərbaycanlı Surxay Mədətov və erməni Aida Ohanyan elə Şuşadakı təhsil müəssiələrindən birində tanış olublar.
1961-ci ildə onlar ailə həyatı qurublar. 1969-cu ildə Seyranın atası Surxay anası Aidanın pozğunluğuna görə Şuşa bazarında üzünə kislota atıb. Lakin o, ölməyib, müalicə alıb sağalıb. Bu hadisəyə görə atası həbs edilib, 3 il cinayət məsuliyyətinə cəlb olunub. O, həbsxanadan çıxandan sonra vərəm xəstəliyindən dünyasını dəyişib.
Seyran Ohanyanın bacısı İrina Şuşada doğulub. Məlum hadisələrə qədər Bakıda yaşayıb, sonradan isə Moskvaya köçüb. Yayılan xəbərlərə görə, məşhur “qədim peşə”ni yaşadanlardan biridir.
Seyran Ohanyan 1969 – 1979- cu illərdə Şuşada Nəcəf bəy Vəzirov adına 2 saylı rus məktəbində təhsil alıb. 1979-cu ildə isə 10 illik təhsilinə yekun vuraraq Bakı Ali Hərbi Ümumqoşun məktəbinə qəbul olub.
Ohanyan məhz Bakıda hərbi təhsil aldığı illərdə ailə həyatı qurub. O, ixtisaca stamotolq olan Ruzanna Xaçatryanla evlənib. 1985-ci il sentyabrın 13-də ailənin ilk oğlu Artur, 1987-ci il yanvarın 28-də isə ikinci oğlu Qarik dünyaya gəlib. 2003 və 2006-cı illərdə Seyran Ohanyanın Muşeq və Laura adında daha iki övladı da doğulub.
Xidmət illərinə Almaniyada SSRİ birliklərində başlayan Ohanyan, sonra Gəncədə dislokasiya olunmuş 23-cü diviziyada hərbi xidmətdə olub. Lakin qısa müddət sonra Dağlıq Qarabağın inzibati mərkəzi sayılan Xankəndindəki 366-clı motoatıcı alayda bölük komandiri təyinatı alıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni separatçılarının Xocalıya hücumu zamanı Seyran Ohanyan 366-cı motoatıcı alayın tərkibində bu qətliamın istirakçılarından olub. Hərbi əməliyyatlarda ayağını itirən Ohanyan heç də parlaq hərbçi olmayıb. O, Serj Sarkisyanla olan yaxın dostluğu sayəsində, Sarkisyan prezident olandan sonra Silahlı Qüvvələrin baş qərargah rəsi, sonra isə müdafiə naziri postuna gətirilib.
Seyran Ohanyanın həyat yoldaşı Ruzanna Xaçatryan Ermənistan Hərbi Həkimlər Birliyinin sədri olub. Erməni mətbuatında onun adı bir neçə qalmaqal ilə gündəmə gəlib. Prezident Serj Sarkisyanın həyat yoldaşı Rita Sarkisyanla münasibətlərdə bir-birilərinə atmacalı sözlərlə “birinci xanım” statusuna sahib olmaq və cəmiyyətdə belə qəbul olunmaq istəyi uğrunda mübarizə hətta, S. Sarkisyanla S. Ohanyanın münasibətlərinə də kölgə salıb. Bundan başqa mətbuata adı gizli saxlanılan bir şəxslə avtomobil səyahətinə çıxması və qəza törətməsi, lakin qəzanın başqa adamın üzərinə atılması ilə cinayətdən yayındırılması və s. zaman-zaman mətbuatın gündəmində olub.
Qeyd edək ki, Ermənistanda hakimiyyət kürsüsü uğrunda mübarizənin bir qolu kimi Seyran Ohanyan da maraqlı tərəfdi. Bir tərəfdən Serj Sarkisyan parlament respublikası idarəetmə sisteminə heçməklə ölkəyə rəhbərliyi davam etdirməyi hədəfləyib. Digər tərəfdən Robert Köcaryan ona müxalif mövqeyə keçərək hakimiyyətə gəlməyə çalışır. Başqa bir tərəfdən isə S. Sarkisyannın birinci planın alınmayacağı təqdirdə ya Seyran Ohanyanı, ya da Bako Sahakyanı prezident postuna gətirərək özünün mövcud vəziyyətini qaranti altına almaq planı. Əlbətdəki bu planların hər birinin arxasında bir və ya bir neçə dövlətin maraqları və əməyi dayanır.
Yaxın müddətdə Ermənistanda baş verəcək qarşıqlıq fonunda hansı planın həyata keçeçəyinin şahidi olacağıq.
Regional Sabitlik və Təhlükəsizlik Mərkəzi