"Hamı gözünü valyuta ehtiyatlarına dikib: prezident də, nazir də, məmur da..." - Qubad İbadoğlu

10-09-2015, 23:48           
"Hamı gözünü valyuta ehtiyatlarına dikib: prezident də, nazir də, məmur da..." - Qubad İbadoğlu
Hamı gözünü valyuta ehtiyatlarına dikib.

Ölkədə hamı, prezident də, nazir də, məmuru da, bəzi iqtisadçılar da gözünü Azərbaycanın 35 milyardlıq valyuta ehtiyatlarına tikib. Biri deyir ki, onu girov qoyaq borc götürək, o biri təklif edir ki, onu büdcəni balanslaşdırmaq, başqa birisi manatın sabitliyinin qorumaq üçün xərcləyək. Unudun bu pulu! İslahatlardan düşünün, əlavə maliyyə qaynaqları axtarın, yeni inkişaf modeli tapın, əvvəlki kimi bədxərclik etməyin.

Son 10 ildə 80 milyard dollar neft pulu xərcləmişik, yaratdığımız 35 milyard dollar da gələcək nəsillər adına yığılıb. Məqsəd olub ki, guya bununla neft gəlirlərinin nəsillərarası ədalətli bölgüsünü təmin edək və göstərək ki, sivil ölkələrdə olduğu kimi biz də gələcək nəsilləri düşünürük. Eyni zamanda yalnız neft-qaz satışından deyil, onun gəlirlərinin idarəedilməsindən də qazanmaq niyyəti güdürük.

İstənilən halda hamı bilməlidir ki, bu ehtiyat ona görə yaranmayıb ki, böhrana qədər və ya böhran dövründə onu küləyə verək, sovuraq və sonra da qalaq bir həsir, bir Məmmədnəsir. Odur ki, valyuta ehtiyatlarından istifadəni tənimləyən qaydalar hazırlanmalı və bu zaman aşağıdakı təkliflər nəzərə alınmalıdır.

• Dövlət Neft Fondunun məqsədləri rasional və aydın olmalıdır. ARDNF-in iki məqsədi olmalıdır:

1) valyuta ehtiyatlarını gələcək nəsillər üçün saxlamaq və səmərəli idarə etmək;
2) neft gəlirlərinin büdcəyə daxil olmasında qısa və orta müddətli dəyişkənliyi sabitləşdirmək;

• Gələn ilin büdcəsininin müzakirəsindən əvvəl neft gəlirlərinin dövlət büdcəsinə transferini tənzimləyən fiskal qaydalar qəbul olunmalıdır.

• Qeyri-neft büdcə kəsirinin azaldılması üçün qeyri neft büdcəsi ilə carı xərcləmələr tarazlaşdırılmaldır.

• Büdcədən yalnız ictimai və sosial xarakterli layihələrin maliyyələşdirilməsi üçün vəsait ayrılmalıdır, bütün digər layihələr hökumətin neft və qeyri-neft gəlirlərindən kənar mənbələri hesabına maliyyələşməlidir.

Qubad İbadoğlu,
Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.